Bu xəstəliklər xərçəngə çevrilə bilər - Xəbərdarlıq
02:25
Ana səhifə Planet |
Rusiyalı mərhum biznesmen, mühacir Boris Berezovskinin adamı sayılan Nikolay Qluşkov it xaltası ilə boğulma nəticəsində öldürülə bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb. Qəzet hazırda Britaniya müstəntiqlərinin bu versiyanı araşdırdıqlarını bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya polisi Qluşkovun boğulması ilə Sergey Skripalın zəhərlənməsi arasında heç bir əlaqə tapa bilmədiyini açıqlayıb.
Qluşkov “Aeroflot”un keçmiş baş direktoru olub. Şirkətin vəsaitlərini mənimsəməkdə ittiham edilərək 8 il həbs edilən Qluşkov sonradan Londona sığınıb. Rus mətbuatı bir müddət əvvəl Qluşkovun yaxınlarına istinadən onun Boris Berezovski kimi öldüyünü yazmışdı.
Tarix
2018.03.17 / 16:51
|
Müəllif
İlkin Həsənov
|