Yuxarı

Liderlər qaçdı, YPG silahı yerə qoydu – Şok aviazərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin kəşfiyyat qurumları Afrinin mərkəzində PKK-YPG rəhbərlərinin toplantı keçirdiyini müəyyən edib.

Axar.az xəbər verir ki, daxil olan kəşfiyyat məlumatı əsasında F-16-lar havaya qaldırılıb və YPG-nin Afrində asayişə nəzarət etmək vəzifəsini tapşırdığı Əbdülrəhim İbrahim və köməkçilərinin də aralarında olduğu terrorçuların toplaşdığı binaya zərbə endirilib.

Məlumata görə, ani zərbədən təşvişə düşən terrorçu liderləri Afrindən qaçmağa başlayıb. Qaçan qruplardan ən diqqət çəkəni isə Qəndildən Afrinə dəstək vermək üçün göndərilən PKK rəhbərləri olub. PKK rəhbərlərinin Afrindən mülki maşınlarla qaçdığı üzə çıxıb.

Türk kəşfiyyatının addım-addım izlədiyi PKK-çılar Afrindən Basuta ərazisinə keçib. Buradan onlar Neblə, daha sonra isə Tel Şair kəndinə qaçıblar. Basutaya qaçan terrorçu liderlərinin ikinci dəstəsi isə Tel Rifat ərazisindən keçərək Fafin kəndinə gediblər. Fafin və Tel Şair kəndlərində toplaşan terrorçular buradan Əsəd rejiminin ayırdığı xüsusi avtobuslarla Rakkaya göndəriliblər.

Liderlərinin qaçışı terrorçular arasında fikir ayrılığına səbəb olub. Onlardan bəziləri silahı yerə qoyduqlarını və TSQ-ya qarşı vuruşmayacaqlarını bildiriblər.

Afrinin yerli əhalisi də bir sıra terrorçuların vuruşmaqdan imtina etdiyi xəbərini təsdiqləyib.

Tarix
2018.03.17 / 13:49
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla