Yuxarı

Əhmədinejad generalı təhdid etdi: Açıqlayacağam...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş prezident Mahmud Əhmədinejad müavini Həmid Bakayinin həbsinə göz yumduğu üçün SEPAH-ın Yaxın Şərq üzrə komandiri Qasım Süleymanini iş əlaqələrini ictimaiyyətə açıqlamaqla təhdid edib.

Axar.az xəbər verir ki, Əhmədinejadın Süleymaniyə xitab edərək yazdığı məktub “Dolatebahar” adlı internet saytında yayımlanıb.

“Suriyada və başqa yerlərdə zülmlərə qarşı mübarizədə fədakarlıq elediniz, ancaq öz ölkənizdə sizin adınızdan həyata keçirilən böyük zülmlərə niyə ortaq olursunuz? Əvvəlki məktubda xatırlatdığım kimi, aramızdakı iş əlaqələrini açıqlamaq üçün özünüzü tam hazırlayın”, - sözlərini qeyd edib.

Məktubun sonunda isə Əhmədinejad “zalımlar yaxında peşman olacaq, ancaq peşmanlıq üçün gec olacaq” sözlərini qeyd edib.

Qeyd edək ki, İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu. O, həbsindən 1 gün əvvəl Teleqraf hesabında ona qarşı irəli sürülən iddialarla bağlı sənədləri yayımlamışdı. Bunun səhərisi günü Bakayi 15 il həbs cəzası almışdı. İranın keçmiş prezident Mahmud Əhmədinejad isə əsl günahkarların məhkəmə rəsmilərinin olduğunu bildirərək, onun həbsinə etiraz etmişdi.

.

Tarix
2018.03.17 / 20:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla