Yuxarı

Skripalı İngiltərə zəhərləyib? - Rusiyalı diplomat açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı keçmiş polkovnik Sergey Skripal və qızı Yuliyanın zəhərləndirilməsi üçün istifadə ilən “Noviçok” qazı İngiltərənin Porton Doun laboratoriyasında hazırlanıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Avropa Birliyindəki (AB) daimi nümayəndəsi Vladimir Çijov deyib.

“Skripalın xain adlandırılmasının haqlı səbəbləri var. Lakin Rusiyanın zəhərlənmə olayında əli yoxdur. Skirpal və qızının huşsuz vəziyyətdə tapıldığı ərazi Porton Doun laboratoriyasından 12 km uzaqlıqdadır”, - deyə diplomat bildirib.

Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya Sergey Skripal və qızının zəhərlənməsi olayında Rusiyanı ittiham edib.

Britaniya olayı BMT TŞ-nin toplantısında müzakirəyə çıxarıb. Fransa, ABŞ, Almaniya, Polşa isə Britaniya ilə həmrəy olduqlarını bildiriblər.

Böyük Britaniyanın 23 rus diplomatın ölkədən departasiya olunacağını açıqlamasının ardından Rusiya da 23 ingilis diplomatını qovacağını bəyan edib.

Tarix
2018.03.18 / 19:00
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla