Yuxarı

Ən böyük zəlzələ harada və nə zaman olacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük zəlzələsinin vaxtı və yeri müəyyənləşib.

Publika.az xəbər verir ki, zəlzələ yaxın on ildə Çilinin paytaxtı Santyaqo ətrafında baş verəcək. Daha dəqiq olaraq, paytaxtdan 100 km aralıda yerləşən Valparaiso şəhərində qeydə alınacaq. Fransa və Çili alimlərinin ümumi proqnozlarına görə, bu zəlzələ tarixin ən güclü zəlzələsi olacaq. Zəlzələnin hətta episentrdən kənarda gücü 8,3 bal olacaq və digər Cənubi Amerika ölkələrinə də təsir edəcək.

Zəlzələnin baş verməsinə səbəb, okean təbəqələrinin Cənubi Amerika suxurlarını sıxışdırıb çıxarması olacaq. Bu təzyiq hər il 8 sm artmaqdadır. Zəlzələ ərəfəsində litosfer plitələrinin sürtünməsi prosesi dayanacaq və yaranmış boşluğa okean suları dolacaq.

Alimlər 2015-ci ildə İlyapel şəhərində baş verən zəlzələnin səbəblərini araşdırarkən belə fikrə gəliblər. Bu şəhərdə hər 60-70 ildən bir baş verən güclü zəlzələ bu səbəbdən olur.

Xatırladaq ki, indiyədək qeydə alınmış dünyanın ən güclü zəlzələsi də 1960-ci ildə Çilidə - Santyaqodan 570 km aralıda baş vermişdi. Həmin zəlzələnin gücü 9,5 bal olub.

Tarix
2018.03.19 / 02:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla