Yuxarı

Türkiyə ABŞ və Rusiyanın planını pozdu: Müharibə anonsu…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilə gedərkən Türkiyə Afrin əməliyyatı ilə kifayətlənməyərək yeni əməliyyatlar keçirəcək. Bunun açdığı siyasi meydan isə Türkiyənin güclənməsini təmin edəcək.

Publika.az xəbər verir ki, bunu “2019-cu ilə doğru Türkiyə” adlı tədbirdə Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) rəhbəri Burhanəddin Duran deyib.

O, Türkiyənin bundan sonra Yaxın Şərqdəki proseslərdə daha fəal olacağını ifadə edib. Ekspert hesab edir ki, qarşıdakı 1,5 illik kritik dövr Türkiyənin gələcək 50 ilini şəkilləndirəcək.

Yaxın Şərqin müharibələr meydanına çevrildiyini deyən SETA-nın rəhbəri ABŞ və Rusiya ilə yanaşı, “Körfəzin 2 sultanı” olaraq xarakterizə edilən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının da bölgəyə ciddi müdaxilələrinin olduğunu bildirib: “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bölgəni yenidən dizayn etmək istəyir. Bütün bölgəni İranın əleyhinə toplamaq istəyirlər. Ancaq Türkiyə bu oyunları pozur. Çünki Türkiyə, bölgədə belə bir qütbləşməni istəmir. Bunun ancaq İsrailin maraqlarına xidmət edəcəyini düşünür, belə bir qütbləşmənin həm İranı, həm də Səudiyyə Ərəbistanını zəfilədəcəyi və bunun da bütün bölgə üçün təhlükəli olacağı qənaətindədir. Buna görə də Türkiyənin özü bir qütb yaratmağa çalışır”.

Onun sözlərinə görə, Türkiyənin bölgə ilə əlaqədar mövqeyi Türkiyənin İranın qarşısında yer almasını istəyən Səudiyyə Ərəbistanı, İsrail, ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən ibarət cəbhənin maraqlarına uyğun gəlmir.

“Türkiyə yeni bir tarazlığı yaratmağa çalışır. Türkiyə Afrin əməliyyatında gözləniləndən daha sürətli bir müvəffəqiyyət əldə etdi. Bunun Suriyadakı tənliyi dəyişdirdiyi ortadadır. Türkiyə ABŞ və Rusiyanın iştirakı ilə Suriyanın gələcəyinin formalaşmasına “xeyr” dedi. Afrindəki müvəffəqiyyətlə əslində YPG-nin Şimali Suriyadakı işğalının aradan qaldıracağına ilk siqnal verildi. Suriya və İraqda bunun davamı gələcək. İdlib, Münbiç, Fəratın şərqi və Sincar Suriya və İraqın bölünməsini maneə törədir”.

Tarix
2018.03.19 / 10:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla