Yuxarı

Azərbaycanın dostu vəfat etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş təhsil, gənclik, idman naziri olan Həsən Cəlal Gözəl 73 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, Dənizlidən ötən gün helikopter vasitəsilə Ankaraya gətirilən Gözəl “Güvən” xəstəxanasında dünyasını dəyişib.

Mərhumun oğlu Mustafa Veysi Gözəl atasının ağciyər infeksiyası və bağırsaq problemi olduğunu açıqlayıb.

Qeyd edək ki, Həsən Cəlal Gözəl Türkiyədə Başnazirlik müşaviri, İqtisadiyyat və Sosial İşlər naziri, Daxili İşlər Nazirliyində müşavir kimi vəzifələrdə çalışıb. 1983-cü ildə 38 yaşında Baş nazirlikdə müşavir təyin edilib. Daha sonra 1986-cı ildə Ana Vətən Partiyasını təmsil edən Gözəl millət vəkili seçilib. Bundan sonra o, milli təhsil və gənclik, idman naziri vəzifələrini daşıyıb.

Azərbaycana çox bağlı olan Gözəl Bakıda keçirilən tədbirlərdə vaxtaşırı iştirak edirdi. O, Ermənistanın törətdiyi vəhşiliklərə ən kəskin etirazını bildirən, Ermənistanı dövlət deyil, terror təşkilatı olduğunu bəyan edən ictimai xadim idi.

Tarix
2018.03.19 / 11:05
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla