Yuxarı

Putinin sirri faş oldu - General bilmədən açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada martın 18-də keçirilən və Vladimir Putinin mütləq qələbəsi ilə nəticələnən prezident seçkiləri Suriyada neçə rus hərbçisinin də olduğunu ortaya çıxarıb.

Publika.az xəbər verir ki, müdafiə nazirinin müavini Nikolay Pankov Suriyada olan bütün hərbçilərin səslərini Putinin lehinə verdiyini açıqlayıb.

“Hmeymim və Tartus bazalarında, həmçinin paytaxt Dəməşqdə keçirilən səsvermə zamanı seçki qutularına 2954 bülleten atılıb. Suriya torpaqlarında xidmət edən hərbçilərimizin 99 faizi səsvermə hüququndan istifadə edib. Seçki qutularına atılan 2954 büllütenin hamısında Putin işarələnib. Beləliklə, Suriyadakı bütün hərbçilər Vladimir Putinə səs verdilər”, - o deyib.

Qeyd edək ki, Vladimir Putin 2017-ci il dekabrın 11-də Rusiya güclərinə Suriyadan çəkilmə əmri verəndə bu ölkədə 30-45 min arasında rus hərbçisinin olduğu təxmin edilirdi. Rusiya Suriyada hərbi əməliyyatlara başladığı 2015-ci ildən bu yana heç vaxt bu ölkədəki hərbçilərin sayı haqqında açıqlama verməyib. Suriyada döyüşən Rusiya hərbçilərinin sayı barədə də dəqiq məlumat yoxdur.

Tarix
2018.03.19 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla