Yuxarı

Skripalı Putin öldürüb, qaça bilməz… - Britaniya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sergey Skripalın zəhərlənməsində əsas günahkar nə Rusiya əhalisi, nə də Rusiyadır.

Axar.az xəbər verir ki, bunu "Doyçe Velle" radiosuna müsahibəsində Britaniya Xarici İşlər naziri Boris Conson deyib.

"Bizim Rusiya ilə heç bir mübahisəmiz yoxdur. Bilirsiniz ki, mən Rusiyanı necə sevirəm və əcdadlarım bu ölkədəndir. Məsələ Rusiyada yox, Kremldə və Rusiya hakimiyyətindədir. İstifadə edilən vasitəyə baxsanız, onun "Noviçok" zəhəri olduğunu görərsiniz. Bunu "Porton Daun" laboratoriyasındakı ekspertlərimiz müəyyən ediblər.

Digər tərəfdən, Vladimir Putin özü deyib ki, Skripal xaindir və onu zəhərləmək lazımdır. "Noviçok" isə yalnız Rusiyada hazırlanır. Aleksandr Litvinenko məsələsində poloniumun izlərinin bizi necə Rusiyaya apardığını gördük. Yekun olaraq Rusiya dövlətinin addımlarına görə məsuliyyəti Vladimir Putin daşıyır və o, bu məsuliyyətdən yaxasını qurtara bilməz", - deyə o bildirib.

Tarix
2018.03.20 / 13:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla