Yuxarı

Afrin döyüşlərinin canlı şahidi: Savaş bitməyib - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az müharibə bölgələrindən hazırladığı reportaj, video və xəbərlərlə son zamanlar medianın diqqət mərkəzində olan türkiyəli jurnalist, “Doğan” xəbər agentliyinin əməkdaşı İrfan Sapmazın Musavat.com-a müsahibəsini təqdim edir:

- Bilirsiniz ki, bundan öncə Ramallahda idim. 65 gündür Afrindəyəm. “Zeytun budağı” əməliyyatı 20 yanvar tarixində başladı. Türkiyə sərhədinin dibində, Suriya torpaqlarının içində Afrin bölgəsi var. Afrinin 360 kəndi, mərkəzdə 5 ədəd qəsəbəsi var. Çox şiddətli döyüşlər gedir. Öncə sərhəddə bir hilal yaradıldı. Hilal nə deməkdir? Bir ucu Suriya sərhədində, bir ucu də Kilis-Azez bölgəsində olan bir müdafiə sərhədi mənasındadır. Hazırda mən də Azez bölgəsində, Afrindən 14 kilometr uzaqlıqdayam. Hilalı yaratmağın məqsədi sərhədləri bağlamaq idi. Çünki bu əməliyyat başlayandan bəri Türkiyə sərhədləri daxilindəki kəndlərə çox sayda hücumlar təşkil edilmişdi. Hilalda bəzi yerlər açıldı ki, mülki vətəndaşlar burdan təxliyə olunsun. Ondan sonra bu sərhədlər qapadıldı, təmas qalmadı. Bunun ardınca Reyhanlının ucundan Azezin ucuna qədər qapadılmağa, daraldılmağa başlandı. Ondan sonra, 18 martda Afrin mühasirəyə alındı. Hazırda Afrin Türkiyə ordusu komando birliklərinin və müstəqil Suriya ordusunun əlindədir. Ancaq hələ Afrinin mərkəzində ciddi bir döyüş olmayıb. Bu, bir az narahat edir. Çünki çoxlu tələlər var. Bombalar, minalar… Hazırda 23 martı gözləyirik. Bu tarixdə onların bir hücumu nəzərdə tutulub. Onların bunu planladığı yönündə xəbərlər var, belə bir açıqlama da verilib. Amma Afrin bölgəsi tamamilə ələ keçirilib.

- Bəs siz, qəzetçilər harda qalırsız? Təhlükəsizlik baxımdan nələr edirsiz?

-Əslində hazırda burada çox qəzetçi yoxdur. Bir mən varam, bir də dövlət media orqanlarının – TRT, “Anadolu” xəbər agentliyinin nümayəndələri. Bizlər Türkiyə Silahlı Qüvvələri ilə rəsmi olaraq hərəkət edirik. Bizdən başqa Türkiyə Silahlı Qüvvələri heç kimə bu əməliyyatı rəsmi olaraq izləməyə icazə vermədi. Türkiyə sərhədləri boyunca bir çox qəzetçi prosesi izləyir. Amma burda ümumən 4 və ya 5 qəzetçi var. Onlardan biri də mənəm. Mən müstəqil Suriya ordusu ilə hərəkət edirəm. Onlar hansı cəbhələrdə, hansı sipərlərdədilərsə, mən də paralel hərəkət edirəm.

- Siz bundan öncə də tez-tez müharibə bölgələrində olmusuz. Afrin səfəriniz həyati təhlükə baxımdan digərlərindən daha ciddi sayılır?

-Çox ciddi şəkildə təhlükə var. Dəfələrlə həyati təhlükə yaşadıq, çatışmaların içində olduq. Racoda şiddətli döyüşlər oldu və orda mənimlə bərabər hərəkət edən qrupdan 10 nəfər həyatını itirdi. Gözümün qabağında insanlar öldü. Onların vurulma anlarını çəkdim. İndiyə qədər isə mənimlə bir qrupda hərəkət edən 12 nəfər həyatını itirib. Son olaraq Meydan bölgəsinə bir əməliyyat hazırlandı. Bomba mütəxəssisləri var. Onların üçü ilə də müsahibə etdim. Onlar da mənə təklif etdilər ki, orda bir yerdə bomba tələsi ilə bağlı xəbər var, bizimlə birgə ora getmək istəyərsizmi? Amma qəribə bir hadisə oldu. Günorta saatları olsa da mənim yuxum gəldi, heç başıma gəlməyən bir hal idi. Hər getdiyimiz yerdə qərargah yaradılır, təhlükəsiz yerlər, evlər seçilir. Mən də o qərargahlardan birində yuxuya getdim. Hətta əməliyyata rəhbərlik edən komandirlərdən biri yarım saatdan sonra gəlib, məni oyatmaq istəyib, amma oyanmamışam. Bir sözlə, əməliyyata gedə bilmədim. Təəssüflər olsun ki, bomba axtarışı edən heyətdən 1 nəfər partlama nəticəsində şəhid oldu, iki nəfər isə ağır yaralandı. Həmin adamlardan mən müsahibə götürmüşdüm.

- Siz şans əsəri sağ qalmısız o zaman.

- İnanın ki, elə oldu. Və bu, yeganə hadisə deyil. 65 gün ərzində bir neçə dəfə belə ölüm təhlükələri adlatmışam. Allahım məni qoruyur, mühafizə edir. Amma gözümün qabağında dəfələrlə insanlar həyatını itirdi, çox şiddətli çatışmaların içində oldum. Racoda elə şiddətli çatışmalar yaşadıq ki... Bir küçədən digərinə 50 metri zirehli maşınlarla keçməyə məcbur oldum. Bunların foto və videolarını yayımladıq. İndiki mərhələdə sonuna gəlmişik kimi görünür. Afrində əməliyyat və axtarışlar aparılacaq. Bu da çox vaxt aparacaq. Çünki 70-80 min əhali vardı. Bunun 40 min nəfəri Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Afrindən ayrıldı. İçəridə isə 30 minə yaxın mülki vətəndaş var. Təhlükə hələ keçməyib. Mən də bir azdan Afrinə gedirəm. Bizim komando birliklərimiz hazırda ordadır. Onlar vəziyyəti nəzarət altına alsalar da, nə zaman, harda ortaya nə çıxa bilər, bilmirik.

- Daha nə qədər orda olacaqsız?

- 65 gündür burdayam. Amma hesab edirəm ki, bu əməliyyatlar daha bir neçə ay davam edəcək.

Tarix
2018.03.20 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla