Yuxarı

Türkiyəyə qarşı plan: Ərəb liderlərinin gizli görüşü...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı lobbiçilik fəaliyyətinə nəzarət edən əslən livanlı iş adamı Corc Naderin 2015-ci ildə bəzi ərəb liderləri ilə gizli toplantı təşkil etdiyi müəyyən olunub.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın "Middle East Eye" saytı məlumat yayıb. Görüşün 2015-ci ildə, Qırmızı dənizdə Naderin yaxtasında baş tutduğu bildirilib. Nader ərəb liderlərə 6 ərəb dövlətinin iştirakı ilə xüsusi regional təşkilat yaratmağı təklif edib. Görüş zamanı Nader bu təşkilatın Türkiyə və İrana qarşı faəliyyət aparacağını və onun ABŞ tərəfindən dəstəklənəcəyini deyib.

Qeyd edək ki, iş adamının təşkil etdiyi toplantıya Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Əbu Dabinin vəliəhdi Məhəmməd bin Zayid əl Nahyan, Misir Prezidenti Əbdülfəttah Sisi, Bəhreyn vəliəhdi Salman bin Hamad əl-Xəlifə və İordaniya kralı II Abdullah qatılıb.

Tarix
2018.03.20 / 16:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla