Yuxarı

Birinci xanımın çıxışı yapon səfirliyində skandal yaratdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın "Milli Gün"ü münasibətilə səfirliyin dünən Türkiyədə təşkil etdiyi gecədə Baş nazir R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın çıxışı ana müxalifətin nümayəndələri ilə qalmaqal yaranmasına səbəb olub.

Çıxış zamanı reaksiya verən CHP Tunceli millət vəkili Kamer Gəncə Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız sərt cavab verib. Bundan sonra ara qarışıb.

Gecə Yaponiyanın Türkiyədəki səfiri Yutaka Yokoinin ev sahibliyi ilə təşkil edilib. Tədbirdə Əminə Ərdoğan, nazir Yıldız, Maliyyə naziri Məhmət Şimşək və AKP-li Mövlud Çavuşoğlu da iştirak edib.

Tərbiyəsiz

Tədbirdə Əminə Ərdoğanın çıxışı zamanı CHP-li Gəncin, "Sən burda nə adla danışrsan" sözlərini deməsi salonda gərginlik yaradıb. Nazir Yıldız Gəncə müdaxilə edib. Yıldız isə Gəncə: "Tərbiyəsizlik etmə. Çıx çölə. Tərbiyəsiz",- deyə qışqırıb. Əminə Ərdoğan isə o dəqiqələrdə çıxışını davam etdirib. M. Çavuşoğlu da tədbirdən uzaqlaşdırılan Gənci sakitləşdirməyə çalışıb.

Özünü biabır etdi

Nazir Yıldız çıxışda jurnalistlərin suallarına cavab verərkən, "Əminə xanımın eşidib-eşitməməsi önəmli deyil. Mən eşitdim və reaksiya verdim",- deyib. Əminə Ərdoğan da Gəncin sözlərinə qarşılıq olaraq "Özünü biabır etdi" deməklə kifayətlənib.

AKP-li M. Çavuşoğlu: "Pulsuz içkilərin təsiriylə sözlə hücum etdi. Bu qədər alçaq hərəkət eləyəcəyini bilməzdim",- deyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Fatma Şahin, "Gənc, düşünülməmiş və səviyyəsiz sözləriylə yenə də özünə yaraşanı etdi",- deyə fikir bildirib.

Kamer Gəncdən açıqlama

Gənc öz "Tvitter" hesabında bu hadisə haqqında tvit atıb: "Bu axşam Yapon səfirliyinin tədbirində iştirak etdim. Səfirin çıxışından sonra TC adına Əminə Ərdoğan çıxış etməyə başladı. Əminənin TC-ni təmsil etmə hüququ olmadığını, Tamer Yıldız ordaykən onun niyə çıxış etdiyini soruşdum. Mühafizəçilər və Taner üstümə hücum etdi. Milli Məclisdə də bu məsələyə aydınlıq gətirilməsini tələb edəcəyəm".

Tarix
2013.11.27 / 10:25
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla