Yuxarı

Suriyada nüvə reaktoru var ki İsrail də vursun? - İbrahim

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin on il əvvəl Suriyada nüvə reaktorunu bombalaması ilə bağlı yaydığı xəbər yalandır. Onlar bu yolla İranı qorxutmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu sözləri Sputnik-ə açıqlamasında Dəməşq Strateji Araşdırma Mərkəzinin rəhbəri, suriyalı politoloq Tələb İbrahim deyib. O bildirib ki, İsrailin göstərdiyi bölgədə nüvə stansiyası yoxdur:

“Suriyanın belə bir əraziyə sahib olmadığı məlumdur. Bizim nüvə proqramımız yoxdur. Nüvə stansiyasına hücum adı ilə Suriya ordusuna aid hərbi bazanı vurmuşdular. Buna görə bu məlumatı gizləyirdilər. Onlar bu yolla İrana nüvə stansiyalarını vura biləcəklərini və İsrail təyyarələrinin bölgədəki hər yerə girmək imkanını göstərirlər. Mənə elə gəlir ki, bunlar İrana verilən siqnal və xəbərdarlıqdan başqa bir şey deyil. 1982-ci ildə İsrail İraqın nüvə reaktoruna hücum adı altında Suriyaya aid binaya hücum edərkən, İran məsələni başa düşmüşdü. İndi İranın nüvə stansyaları İsrailin əlinin çata bilmədiyi yerdədir”.

Qeyd edək ki, ötən gün İsrail on il əvvəl Suriyada nüvə reaktorunu bombaladığını bəyan edib.

Tarix
2018.03.22 / 23:43
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla