Yuxarı

Afrində PKK-nın mətbəəsi tapıldı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin terrorçulardan azad etdiyi Afrin şəhər mərkəzində PKK-PYD terrorçularının qərargah olaraq istifadə etdiyi bina aşkarlanıb.

Axar.az xəbər verir ki, binaya baxış keçirən türk ordusu zirzəmi hissəsində böyük bir mətbəə olduğunu müəyyən edib.

Binada PKK lideri Abdullah Öcalanın fotoları ilə yanaşı “Zeytun budağı” əməliyyatı çərçivəsində öldürülən bir çox terrorçu liderinin şəkilləri asılıb. Zirzəmi hissədə aşkar edilən mətbəədə məktəblilərə terror təbliğatının aparılması üçün istifadə edilən bir çox materialın aşkarlandığı bildirilib. Bundan əlavə binadakı otaqlardan birində terrorçuların hərbi formaları aşkar edilib. Hərbi formaların tapılması YPG terrorçularının türk ordusu Afrinə girmədən əvvəl geyimlərini dəyişərək ərazidən qaçdığı iddiasını təsdiq edib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.

Tarix
2018.03.23 / 17:49
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla