Yuxarı

Yaponiya Trampın qərarını ləğv etmək üçün...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti bu ölkənin adının ABŞ-ın polad və alüminium üçün yeni rüsumların tətbiqi siyahısından çıxarılmasına çalışacaq.

Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko məlumat verib.

Nazir deyib: “Yaponiyanın yeni rüsumların tətbiqi barədə siyahıya daxil edilməsi böyük təəssüf doğurur. Biz ABŞ tərəfinin Yaponiyanı həmin siyahıdan çıxarması üçün mümkün olan hər şeyi edəcəyik”.

H.Seko, həmçinin, qeyd edib ki, ABŞ-ın müttəfiqi olan Yaponiyadan ixrac bu ölkənin sənayesinin təhlükəsizliyinə mənfi təsir göstərə bilməz.

Yaponiya hər il ABŞ-a 2 milyon ton polad ixrac edir ki, bu da yapon polad ixracının cəmi 5 faizinə bərabərdir.

Qeyd edək ki, ABŞ-da poladtökmə və alüminium sənayesi üçün məhsullara ixrac rüsumlarının müvafiq olaraq 25 faiz və 10 faiz artırılması barədə sərəncam martın 23-də qüvvəyə minib.

Tarix
2018.03.24 / 10:56
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla