Yuxarı

Suriyada vurulan ərazilər: hücum hədəfinə niyə çatmadı? – Xəritə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:42

ABŞ, Fransa və İngiltərə Suriyada 10 obyektə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Suriyadakı hərbi mənbələrə istinadla xəbər yayıb.

Hədəfə alınan obyektlərin siyahısı belədir:

1. Respublika Qvardiyasının qərargahı. 105 saylı briqada (Dəməşq)

2. Mezza hava limanı (Dəməşq)

3. Barzada elmi-hərbi mərkəz (Dəməşq)

4. Kasyon dağında yerləşən hava hücumundan müdafiə bazası (Dəməşq)

5. Dumeyr aerodromu (Şərqi Quta)

6. Cumeyrada elmi mərkəzin mənzil qərargahı (Dəməşq ətrafı)

7. Kalamundak hərbi birləşmələr (Dəməşqin şimal ətrafı)

8. 41 saylı xüsusi təyinatlılar briqadası (Dəməşq ətrafı)

9. Kisvada hərbi obyektlər (Dəməşq ətrafı)

10. Xümsdə hərbi anbarlar.

***

Suriyada kimyəvi silah tətbiq edilməsinə görə ABŞ, Fransa və İngiltərənin rejimə məxsus obyektləri vurduğu hücumla bağlı detallar məlum olub.

Koalisiyanın hücumu zamanı Suriyada müəyyən edilmiş hədəflərin yalnız bir hissəsinə zərbə endirilib.

Suriyaya edilən hücum zamanı ən çox hədəf alınan bölgə Dəməşq və ətrafı olub. Dəməşq və digər ərazilərə endirilən zərbələr zamanı əsasən ABŞ-ın “Tomahavk” raketlərindən istifadə edilib. ABŞ-ın 59 ədəd “Tomahovk” qanadlı raketi buraxdığı qeyd olunub. Dəməşq yaxınlığında zərbə endirilən aviabazada kimyəvi hücumlarda istifadə edilən təyyarələrin saxlandığı ehtimal olunur.

Xüms də çoxsaylı zərbələrin hədəfinə çevrilib. Bu bölgədəki Masyaf, Ayn Əlacuz və Küseyr ərazilərində kimyəvi silah istehsalında istifadə edilən hərbi müəssisələr və Hizbullaha aid binalar hədəf seçilib. Xüms bölgəsinə zərbələri əsasən Britaniya qırıcıları “Fırtına kölgəsi” adlı raketlərlə endirib. Bu ərazidə gizli kimyəvi silahların basdırıldığı ehtimal olunur.

Hücum zamanı ümumilikdə 100-dən çox raket atılıb və bunların əksəriyyəti havada ikən Suriya tərəfindən məhv edilib.

Hücumda Suriyanın texniki itkiləri barədə heç bir açıqlama yoxdur.

Tarix
2018.04.14 / 12:50
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla