Yuxarı

İranın Suriyadakı bazası vuruldu: 20 zabit öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 14 aprel gecəsi İrana və Livan Hizbullahına məxsus Cebel Azan hərbi bazası da ABŞ, Fransa və Britaniya tərəfindən vurulub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "CNN Türk" televiziyası yayıb. Televiziya Hələbdə yerləşən bazanın vurulmasından sonra minimum 20 iranlı zabitin öldüyünü açıqlayıb.

"Habertürk" qəzeti də insidentlə bağlı maraqlı məlumat yayıb. Qəzet bildirib ki, partlayışdan öncə bazanın üzərində hərbi təyyarələr görülsə də, onun kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Zərbədən dərhal sonra isə bazada hərbi anbar partlayıb.

Bəzi mənbələr isə hücumun ABŞ tərəfindən yox, məhz İsrail tərəfindən həyata keçirildiyini iddia etməyə başlayıb. Lakin bu məlumat hələlik öz təsdiqini tapmayıb.

Hizbullah da artıq insidentlə bağlı məlumat yayıb. Təşkilat Hələbin cənubunda heç bir partlayış baş vermədiyini və yayılan məlumatların yalan olduğunu bildirib.

Tarix
2018.04.15 / 10:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla