Yuxarı

İrəvanda toqquşma: parlament binası bloklanır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:32

İrəvanda bir neçə gündür davam edən aksiya gərgin müstəviyə keçib.

Axar.az xəbər verir ki, Paşinyanın rəhbərlik etdiyi etirazçılar mərkəzi küçələrini tam qapadıb.

Etiraz aksiyalarının əsas təşəbbüskarı olan Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyan işlərinə tələsən erməni vətəndaşlarından onlara yaratdıqları maneədən ötrü üzr istəyib. Paşinyan bu narahatlığın Serj Sərkisyan hökumətinin narahatlığı yanında çox xırda bir şey olduğunu bildirib.

Paşinyan həmçinin hakim Respublika Partiyasının liderlərinin evlərinin mühasirəyə alınması məsələsinin də gündəmdə olduğunu açıqlayıb. Müxalif lider həmçinin aksiyaların daha da genişlənəcəyi və tezliklə körpülər və metro stansiyalarının tutulacağını xəbəri verib.

“Nyus.am” saytı Paşinyanın tərəfdarlarının “Yertisardakan” metro stansiyasının fəaliyyətinə mane olmaq cəhdinə polisin imkan vermədiyini bildirib. Polis insidentin qarşısını alan zaman etirazçılara güc tətbiq edib.

Hazırda İrəvanın mərkəzində aksiya genişlənməkdədir.

Müxalifətin böyük etirazlar Serj Sərkisyan və komandasında narahatlıqlar yaratmağa başlayıb. Belə ki, Sərkisyan artıq müxalifətlə toqquşmadan yayınmaq üçün partiyasının iclasını İrəvanda keçirməkdən imtina edib. O, iclas üçün əsas qərargah kimi İrəvanın 50 kilometrliyində yerləşən Tsaxkadzor şəhərini seçib.

Qeyd edək ki, martın sonlarından Sərkisyanın baş nazir təyin olunmasına və beləliklə, hakimiyyəti zəbt etməsinə etriaz əlaməti olaraq Ermənistanın müxtəlif şəhərlərində yürüşlər keçirən Paşinyan bir neçə gün öncə İrəvana çatıb. İrəvandakı yürüş isə sonra Fransa meydanında böyük aksiya ilə nəticələnib.

Daha sonra İctimai Radionun binasını ələ keçirən Paşinyan xalqa müraciət etmək istəsə də, binanın işıqları kəsilib. O isə aksiyada iştirak edən media nümayəndələrinin texniki dəstəyi ilə müraciətini gerçəkləşdirə bilib.

Nikol Paşinyan xalqı Serj Sərkisyana qarşı mübarizəyə səsləyib.

Mətbuatın iddiasına görə, Serj Sərkisyan baş nazir seçilməzdən əvvəl Avropa Birliyi ilə münasibətləri korlamaq, üstəlik, Qərbin təzyiqindən uzaq durmaq üçün hələlik etirazçılara güc tətbiq etməkdən yayınır. Sərkisyan həmçinin yeni baş nazirlik dönəminin 2008-ci ildə olan I prezidentlik dönəmi kimi qırğınlarla başlanmasını istəmir. Hamisi Rusiyanın beynəlxalq aləmdə təcrid edildiyini anlayan Sərkisyan bu dəfəki zorakılıq zamanı Qərbə qarşı çarəsiz vəziyyətdə qalacağını anlayır.

***

Əgər Ermənistan parlamentindən kənarda iclas baş tutsa, biz İrəvanı öz nəzarətimizə alacağıq.

Bunu jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib.

“İrəvan həqiqətən Ermənistan Respublikasının vətəndaşlarının paytaxtı olacaq. Biz hər şeyi bloklayacağıq. Hədəfimiz parlamentin sabahkı iclasına maneə yaratmaq və vətəndaşların küçədə olmasını təmin etməkdir”, – deyə o bildirib.

***

Müxalifətin İrəvanda başlatdığı etiraz aksiyası zamanı Abovyan, Moskovyan, Saryan küçərləri qismən bağlanıb.

Etirazçılar həmçinin Maştots, Baqramyan prospektlərində hərəkəti tam dayandırıblar.

Etirazçılara erməni aktyor Hayk Marutyan da qoşulub.

***

Ermənistanda etirazçılar Nikol Paşinyanın rəhbərliyi altında İrəvan Pedoqoji Universitetinə daxil olublar.

Etirazçılar onlara müqavimət göstərmək istəyən tələbələrin müqavimətini qırmağı bacarıblar. Bundan sonra etirazçılar müxtəlif mərtəbələri və binalarında özlərinə yer etməyi bacarıblar.

Paşinyan öz tərəfdarlarına müraciət edərək, onları gücdən və düşünülməmiş addımlardan çəkinməyə çağırıb. Paşinyan həmçinin universitetin müxtəlif mərtəbələrinə çıxaraq, tələbələri onlara qoşulmağa səsləyib.

***

İrəvanda etirazçılar İrəvan Dövlət Təməl Tibb Kollecinə də daxil olublar.

Belə ki, Koryun küçəsində hərəkət edən etirazçılar kollecin qapısının qapalı olduğunu görüblər. Etirazçılar qapıları zorla açıblar. Bundan sonra Paşinyan tələbələrə müraciət edərək, “siz qul deyilsiniz ki, qapıları üzünüzə bağlasınlar” deyib.

Deputat tələbələrin onlara qoşulmasını istəyib.

***

Geratsi və Koryuna küçələrində plislə toqquşma yaşanıb. Polis aksiya iştirakçılarını uzaqlaşdırmaq üçün zor tətbiq edib. Ancaq onlar istəklərinə nail ola bilməyiblər.

Aksiya iştirakçılarına tələbələr də qoşulub.

***

İrəvandakı etirazçıların lideri Nikol Paşinyan etirazçıları şəhər küçələrindən çəkilməyə və Fransa meydanına toplanmağa səsləyib.

Paşinyan hazırda meydanda 100 min nəfərin olduğunu bildirib.

***

İrəvanın Baqramyan prospektində polislə etirazçılar arasında toqquşma yaşanıb.

Etirazçılar toqquşma zamanı polis kordonunu yarmağı bacarıblar. Onlar Konstitusiya Məhkəməsinin qarşısına toplaşıblar.

***

Ermənistan Baş Prokurorluğu İrəvandakı kütləvi iğtişaşlarla bağlı cinayət işi açıb.

Qeyd edilir ki, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan tərəfindən təşkil edilən mitinqlər və görüşlər "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərini dəfələrlə pozub, vətəndaşların hərəkəti və ictimai təşkilatların normal fəaliyyəti üçün maneələr törədib.

***

İrəvanda keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

***

Nikol Paşinyan etirazçıları Ermənistan parlamentin binasına aparan bütün giriş və çıxışları bağlamağa çağırıb.

Tarix
2018.04.16 / 21:06
Müəllif
İlkin Həsənov
Oxunub
23 816
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla