Yuxarı

Tramp dəliyə döndü: Ən çox diplomat qovan bizik?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 60 rus diplomatı qovması qarşılığında Fransa və Almaniyanın hərəyə 4 diplomatı ölkədən xaric etdiyini öyrənən ABŞ Prezidenti Donald Tramp şiddətli şəkildə qəzəblənib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb. Nəşrin iddiasına görə, Trampın köməkçiləri hələ martın 24-də ona ABŞ-ın Avropa Birliyindəki müttəfiqlərinin göndərəcəyi rus diplomatlarının sayı qədər diplomatı ölkədən xaric etməsini nəzərdə tutan fəaliyyət planını təqdim ediblər. Fəaliyyət planında göstərilən rəqəm AB üçün ümumi göstərici kimi təqdim edilsə də, Tramp bu rəqəmin hər bir ölkə üçün ayrı-ayrılıqda göstərildiyini zənn edib. Həqiqəti öyrəndikdə isə Tramp bundan bərk qəzəblənib.

Yüksəkçinli məmurların dediklərinə görə, qəzəblənən Tramp köməkçilərininə qarşı qeyri-etik ifadələr səsləndirməyə və qışqırmağa başlayıb: “Məni ümumi say maraqlandırmır. Belə çıxır ki, Rusiyaya qarşı ən sərt münasibəti mənim administrasiyam göstərib?”

Xatırladaq ki, martın sonlarında ABŞ 60, Kanada 4, Fransa 4, Polşa 4, Ukrayna 13, Estoniya 1 (hərbi attaşe), Litva 3 diplomat, 2 hərbi attaşe, Danimarka 2, Latviya1 diplomat və “Aeroflot”un 1 əməkdaşı, İtaliya 2, Niderland 2, Almaniya 4, Çexiya 4, Finlandiya 1, Rumıniya 1, Xorvatiya 1, İsveç 1, Norveç 1, Albaniya 2, İspaniya 2, Macarıstan 1, Böyük Britaniya 23, Makedoniya 1, Avstraliya 2 rus diplomatın qovulması ilə bağlı qərar qəbul edib.

Tarix
2018.04.16 / 13:14
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla