Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Oktyabr 2018


ABŞ-ın “B planı”: Suriyaya zərbənin pərdəarxası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimaldan Aralıq dənizinə çıxma planı Afrində çökən ABŞ cənubdan yeni dəhliz açmağı planlaşdırır. Aprelin 14-də Suriyanın bombardman edilməsi də bu planın ilk addımı kimi görünür.

Publika.az xəbər verir ki, bu haqda ABŞ, İngiltərə və Fransanın Suriyanın hökumət güclərinə aid obyektləri vurmasını şərh edən suriyalı mütəxəssislər “Yeni Şəfəq” nəşrinə açıqlamasında bildiriblər.

Araşdırmaçı Nasir Hüso hesab edir ki, Hasekedə həbs olunan PKK-Qərb koalisiyası “B planı”nı həyata keçirməklə məşğuldur və yeni hədəf Əl-Bukemaldan (Fərat çayının sahilində, Suriya-İraq sərhədində yerləşir –red.) Tedmura (Xümsün cənubunda yerləşir –red.) qədər uzanan cənub dəhlizini yaratmaqdır.

Kərkükdən başlayıb Lazkiye-Aralıq dənizinə qədər uzanan dəhliz layihəsinin “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatları ilə pozulduğunu deyən mütəxəssis bununla belə, Qərb ittifaqının dəhliz xəyalından vaz keçmədiyini qeyd edib.

O qeyd edib ki, bunun üçün İordaniyadakı Rukban və Suriyadakı Tenef bazaları Qərb koalisiyası tərəfindən daha aktiv şəkildə istifadə ediləcək.

“Rukban və Tenef hərbi bazalarından bundan sonrakı müddətdə daha aktiv istifadə ediləcək. Suriyada baş verən proseslər ABŞ-İsrail və Körfəz ölkələri arasında yaradılan ittifaqla paralel reallaşır. Layihənin hərbi olduğu qədər iqtisadi istiqamətləri də var. Suriya və İraqın neft-qaz ehtiyatlarının İsrail üzərindən Aralıq dənizinə daşınması atılan hər addımın ən əhəmiyyətli tərəfi olaraq görülməlidir”, - o deyib.

Onun sözlərinə görə, digər tərəfdən, Əqəbə körfəzi (Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var –red.) ilə startı veriləcək və İsrailin coğrafi və iqtisadi təsir sahəsini genişləndirəcək “Suud Neom Proyekti”nin İraq və Suriyanı əhatə edəcək hissəsi də “cənub dəhlizi layihəsi” ilə həyata keçiriləcək. Suriyalı mütəxəssis qeyd edib ki, layihənin icrası mümkün olarsa, ittifaqa daxil olan bütün qüvvələr istədiyini əldə etmiş olacaqlar.

Nasır Hüsa bildirib ki, bundan sonra Suriyada İranın mövqelərini daha çox vuracaqlar.

Mosul, Kərkük, Deyr-əl-Zor, Haseke və Xümsdəki neft-qaz ehtiyatlarının bölgə xaricinə çıxarılması üçün coğrafi olaraq İran və Türkiyədən başqa alternativinin olmadığını xatırladan Nasir Hüso qeyd edib ki, hazırda Mosul və Kərkük neftinin əhəmiyyətli bir hissəsi İran üzərindən satılır. Onun sözlərinə görə, əgər Badiyə çölü üzərindən İordaniyaya dəhliz açılarsa, Türkiyə bu prosesdən tamamilə kənarda qalacaq.

“ABŞ, Avropa, İsrail və Körfəz ölkələri bu məsələdə ittifaq içindədirlər. Tərəflər arasında son dövrlərdə aparılan danışıqların gündəm maddələrindən biri də İraq və Suriya oldu. İndi növbə atılacaq addımlara gəlib”, - suriyalı ekspert deyib.

Suriyalı akademik İbrahim Salkini qeyd edib ki, ABŞ-ın PKK üzərindən icra etdiyi fəaliyyətlə birbaşa Türkiyəni təhdid edir. Ekspert hesab edir ki, son hücumlar Türkiyəni tək buraxmaq məqsədi daşıyır və regional güclərlə əməkdaşlığın əhəmiyyətinin daha da artırır.

Tarix
2018.04.16 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Putin Türkiyəyə gedir

Dünya turistləri 1 ildə nə qədər xərcləyib - Şok rəqəm

Krım teraktı: Əraziyə BTR-lər yeridildi - Video

Boltonun Bakı səfərinin tarixi bəlli oldu

İran XİN: ABŞ-ın yeni sanksiyaları...

Yunan nazir istefa verdi

Baş konsul vəzifədən qovuldu, istintaq başladı - Təcili

Saakaşvili milyarderin ölüm əmrini verib – Şok ittiham

Dünya ayağa qalxdı: Musiqi dinləyin, konsul otaqdan çıxsın…

Rusiyada baş nazirin müavini həbs edildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla