Yuxarı

Yaponiyadan Çinə çağırış: Nüvə silahını ləğv edək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Şinzo Abe Çinin Xarici İşlər naziri Van İni Koreya yarımadasında nüvə silahının ləğvi üçün sıx əməkdaşlığa çağırıb.

Axar.az xəbər verir ki, aprelin 16-da Baş nazir öz iqamətgahında Tokioda rəsmi səfərdə olan Van İni qəbul edib.

Görüş zamanı Ş.Abe ABŞ-a aprelin 17-dən başlanacaq səfəri və Prezident Donald Trampla görüşü barədə də məlumat verib. Baş nazir bildirib ki, D.Trampla görüşü zamanı o, Şimali Koreyanın öz nüvə və raket proqramlarından qəti və dönməz imtinasının yolları ilə bağlı ətraflı müzakirələr aparacaq.

Ş.Abe əlavə edib ki, Yaponiya və Çin bu işdə eyni dərəcədə maraqlıdırlar və bu məqsədlə sıx əməkdaşlıq etməlidirlər.

Baş nazir, həmçinin Yaponiya-Çin-Cənubi Koreya liderlərinin qarşıda planlaşdırılan sammitinə toxunaraq bildirib ki, Baş nazir Li Keçyanın Tokioya səfəri zamanı Yaponiya və Çin arasında müxtəlif sahələrdə strateji və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm zəmin yaranacaq.

Van İn öz növbəsində deyib ki, o, Çinlə əlaqələrin möhkəmləndirilməsi üçün Şinzo Abe və Yaponiya hökuməti tərəfindən göndərilən müsbət siqnalları və dostluq əlaqələrini diqqətlə izləyir.

Tarix
2018.04.16 / 22:02
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla