Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2018


Sərkisyana qarşı aksiya: bütün Ermənistan ayağa qalxır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:53

İrəvan polisinin rəis müavini Valeri Osipyan bu səhər Nikol Paşinyana İrəvanda keçirilən kütləvi aksiyaların dayandırılması barədə polisin qərarını təqdim edib.

Axar.az xəbər verir ki, o, bu barədə qərarın aprelin 16-da verildiyini açıqlayıb. Paşinyan isə ona təqdim edilən qərarı hər kəsin gözü qarşısında cıraraq yerə atıb.

Paşinyan tərəfdarlarına polisin əlinə keçməmək üçün necə etmək barədə təlim də verib. O, tərəfdarlarını kütləvi tətillərə başlamağa səsləyib:

“Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayıb. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.

Qeyd edək ki, İrəvanda artıq 5-ci gündür etiraz aksiyaları keçirilir. Aksiyada iştirak edənlər Serj Sərkisyanın baş nazir seçilməsinin əleyhinə çıxış edirlər. Etiraz aksiyalarına Yelk Blokundan olan deputat Nikol Paşinyan rəhbərlik edir.

İrəvanda baş tutan aksiyalarda artıq polislə də toqquşmalar qeydə alınıb. Nəticədə onlarla adam yaralanıb. Yaralananlar arasında Paşinyan da yer alıb.

Hakim Respublika Partiyası isə dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi gözlənilir.

Paşinyan dünən etirazçıların parlament binasını mühasirəyə alacaqlarını da bəyan edib. Onlar parlamentə bütün girişlərə mane olacaqlarını bəyan ediblər.

Artıq Abovyan, Koryun, Teryan küçələri etirazçılar tərəfindən bloklanıb.

***

İrəvandakı aksiyalarda 30 nəfər aktivist saxlanılıb.

Bunu jurnalistlərə açıqlamasında erməni deputat Nikol Paşinyan deyib.

***

İrəvanın Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib, digər küçələr isə tikanlı məftillərlə bağlanıb.

Aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı polis dəstələri, döyüş maşınları, suvuran avtomobillər yerləşdirilib.

***

Paşinyan ölkədə məxməri inqilabın başladığını elan edib. O, tərəfdarlarına bütün ölkə üzrə, müxtəlif şəhər və qəsəbələrdə aksiyaya başlamaq üçün çağırış edib.

***

Hazırda aksiya iştirakçıları Baş Prokurorluq və Kassasiya Məhkəməsinin qarşısında oturaq aksiya keçirir. Paşinyon jurnalistlərə onların işinə mane olmamaq üçün müraciət edib.

***

İrəvanın Fransa meydanında çıxışı zamanı erməni deputat Nikol Paşinyan deyib, parlamentdə marionet iclas başlayıb.

“Gümrüdə 1000 nəfər küçələrə çıxıb. İcevanda kütləvi tətil başlayıb, İcevan-İrəvan yolu bağlanıb. Vanadzorda tətillər başlayıb, İrəvanda, Qafanda, Metsamorda etirazlar gedir. Ermənistanda inqilabi situasiya yaranıb. Bu gün Ermənistanda dinc, demokratik narıncı inqilabın başladığını bir daha elan edirəm”.

***

İrəvanda keçirilən etiraz aksiyalarının təşəbbüskarı olan deputat Nikol Paşinyanın oğlu Aşot Paşinyan həbs edilib.

Bu barədə informasiyanı “Armtimes.com” saytı yayıb. Sayt Aşot Paşinyanın həbs edilən 29 nəfər arasında olduğunu bildirib.

***

Ermənistan polisi İrəvandakı aksiyalarda həbs edilənlərin sayının 80-ə çatdığını bildirib.

***

İrəvanda etirazçılar şəhər meriyasının binasını mühasirəyə alıblar.

Bununla paralel, İrəvanın Moskvadakı səfirliyinin qarşısında da etiraz aksiyaları başlayıb. Onlarla erməni səfirliyin binasının girişinə daxil olaraq, səfir Vardan Toqanyana məktub veriblər.

***

Hazırda aksiya iştirakçıları İrəvanın mərkəzindəki respublika meydanında yürüş-mitiqnə davam edirlər.

Paşinyan Ermənistanda ən irihəcmli aksiyaya nail olacaqlarına və inqilab edəcəklərinə inandığını bildirib.

Qeyd edək ki, bir müddət öncə Ermənistan parlamenti Serj Sərkisyanın baş nazir kimi namizədliyini təsdiqləyib. Aksiyalar bu təsdiqdən sonra daha da qızışıb.

***

Etirazçıların gecə meydanda qalmamağa qərar veriblər.

Sabah saat 10:00-dan başlayaraq, bütün Ermənistanda geniş aksiyalar keçirmək nəzərdə tutulub.

Tarix
2018.04.17 / 23:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

İnstaqramda mühüm yenilik

Virtual təcavüzdən necə qorunmaq olar?

Putinə qarşı belə davrandığım üçün tənqid edildim - Tramp

Fəridi qətlə yetirən gözəl edam ediləcək - Qərar

Türk ordusu 11 terrorçunu məhv etdi - Yeniləndi

Türkiyənin bu şəhərləri ən çirklilər arasında...

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

ABŞ-dan ən çox silah alan ölkələrin adları - Siyahı

Misirdən İsrailin qərarına sərt reaksiya: Qəbuledilməzdir

Qonşumuzun keçmiş spikeri prezidentliyə namizəd oldu

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla