Yuxarı

Sabahın planı elan edildi: Bütün Ermənistan... - Canlı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:02

İrəvanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyalarının 9-cü günü başlayıb.

Axar.az xəbər verir ki, etirazçıların bu gün də İrəvandakı küçələrə bağlamağa cəhd edəcəkləri bildirilib. Aksiyaların lideri Nikol Paşinyan mitinqə İrəvanın 7-ci mikrorayonundan başlayacaq.

***

İrəvanda mitinqin ilk dəqiqələrindən etibarən polislə etirazçılar arasında gərginlik yaranıb. Polis yolu bağlamağa çalışan etirazçıları ərazidən uzaqlaşdırıb.

İrəvan polisinin rəis müavini Valeri Osipyan aksiyanın lideri Nikol Paşinyana yaxınlaşaraq, etiraz aksiyasının qanunsuz olduğunu açıqlayıb. O, Paşinyana insanların konstitusion hüquqlarını pozduğunu bildirib.

***

İrəvanda etiraz aksiyasının ilk dəqiqələrindən etibarən bir nəfər aktivist həbs edilib. Polislə etirazçılar arasında yaranan qarşıdurma zamanı polislərdən birinin vəziyyəti pisləşib.

Polis hazırda etirazçıların mitinqinə mane olmağa çalışır. Paşinyan tərəfdarlarına müraciət edərək, həbs olunacağı təqdirdə aksiyanın davam etdirilməsini istəyib.

***

İrəvanda polislər etirazçıların yolu yük avtomobili ilə bağlamaq cəhdinə mane olublar. Onlar yolun bağlanılmasında iştirak edən minik avtomobilini də yolun ortasından çəkiblər.

Polis daha bir neçə etirazçını saxlayıb. Yaşlı etirazçılardan birinin vəziyyəti pisləşib.

***

Ermənistan Müdafiə Nazirliyi İrəvandakı etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.

Nazirlik etirazçıları Müdafiə Nazirliyinə aid binaları blokadaya almaqdan və orduya aid avtomobillərin yolunu kəsməkdən yayınmağa səsləyib. Müdafiə Nazirliyi bu cür cəhdlərin qarşısını ən sərt şəkildə alınacağını bildirib.

***

Ermənistan polisi İrəvanda aksiyanı dağıdacağı ilə bağlı bəyanat yayıb:

“Xəbərdar edirik ki, əgər aksiyaların başa çatmasıyla bağlı polisin tələbləri yerinə yetirilməsə, müəyyən zaman təqdim ediləcək. Əgər aksiyalar bu müddətdə də başa çatmasa, polis qanuna uyğun olaraq toplantını dağıdacaq”.

***

Paşinyan mitinqdə elan edib ki, Sərkisyan artıq hakimiyyətini itirib:

“Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyan, polisin rəhbəri Vladimir Qasparyan və Müdafiə naziri Vigen Sərkisyan Serj Sərkisyanın yanına gedib, onun hakimiyyəti itirdiyini açıqlasınlar.

Sərkisyan narahat olmamalıdır. Əgər o, istefa versə, mən və xalq onun və ailəsinin təhlükəsizliyinə zəmanət veririk”, – deyə Paşinyan bildirib.

***

İrəvanda polis tərəfindən saxlanılan etirazçıların sayı 62-yə çatıb. Polis həbslər zamanı müxtəlif zorakılıq aktlarına yol verir. Etirazçılara qarşı zorakılıq daha çox polis maşınlarının içində edilir ki, kameralara düşməsin.

Polis həmçinin yeni bəyanat da yayıb. Bəyanatda baş verən hadisələrin bütün məsuliyyətinin Nikol Paşinyana aid olduğu bildirilib.

***

İrəvanda etirazçıların rəhbəri Nikol Paşinyan Serj Sərkisyanın siyasi dialoq təklifini qəbul etməyib:

“Biz onunla yalnız istefa şərtini müzakirə etməyə hazırıq. Düzgün anlayın, bu, dialoq deyil. İstəyirik ki, hakimiyyətin xalqa keçidi maksimal şəkildə rahat olsun. Bəli, mən də hesab edirəm ki, geri dönülməsi mümkün olmayan itkilər olacaq. Ona görə də Sərkisyanı tələblərimizi dərhal qəbul etməyə səsləyirəm”.

***

“Ermənistanda 2008-ci ilin 1 mart hadisələri təkrarlana bilməz. 1 martdan fərqli olaraq, indi bütün ictimaiyyət bu hərəkatı dəstəkləyir. İnanmıram ki, Ermənistanda bizə atəş açacaq polis tapılsın. Hazırkı aksiyaları 2008, 2003, 1996-cı il aksiyaları ilə müqayisə etməyin”, – deyə Paşinyan bildirib.

***

İrəvandakı etirazlarda həbs edilənlərin sayı 93 nəfərə çatıb.

Bu saatlarda həmçinin Daşnaksütyun Partiyası da bəyanat yayıb. Bəyanatda Serj Sərkisyanın mövqeyini dəstəkləyən partiya Paşinyanın heç bir şərt irəli sürmədən danışıqlara başlamasını istəyib.

***

Ermənistan prezidenti Armen Sərkisyan İrəvanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb.

***

Nikol Paşinyan prezident Armen Sərkisyanla görüşündə müzakirə olunan məsələlər barədə mitinq iştirakçılarına məlumat verib. O deyib ki, baş nazir Serj Sərkisyanın vəzifədən uzaqlaşdırılması məsələsini qaldırıb.

“Mən Serj Sərkisyanla görüşdən imtina etdim. Ancaq mənə deyəndə ki, Armen Sərkisyan görüşmək istəyir, dedim ki, saat 19:00-da meydanda gözləyirəm”.

Paşinyan deyib ki, Armen Sərkisyan situasiyadan narahatlığını bildirib. “Mən isə ona dedim ki, bura yığışan xalq da narahatdır. Biz dünən dediyimiz kimi, hökumətin getməsini və hakimiyyətin ağrısız ötürülməsini müzakirə edə bilərik. Biz yalnız bu müzakirəyə hazırıq”, - Paşinyan deyib.

Paşinyan S.Sərkisyanı meydana çağırmama səbəbinə də aydınlıq gətirib:

“Mən bilmirəm S.Sərkisyan meydana gələrsə, xalqın davranışıq necə olacaq. Əlbəttə, belə danışıq hökumət binasında da aparıla bilməz. Bu müzakirə yalnız neytral ərazidə - məsələn, “Mariott” otelində keçirilə bilər. Mən bir daha müzakirə mövzusunu Armen Sərkisyana dedim – Serj Sərkisyanın istefası”, - Paşinyan vurğulayıb.

***

İrəvanın Respublika meydanında keçirilən mitinq başa çatıb. Mitinq ənənəvi qaydada – İrəvan şəhərinin mərkəzi küçələrində yürüşlə sonlanmayıb. Əvəzində konsert verilib.

Sabahkı aksiyanın da marşrutu elan edilib. N.Paşinyan bildirib ki, sabah aksiya İrəvanın Erebuni rayonundan start götürəcək. Konkret yer deməyən Paşinyan bildirib ki, səhər aksiya barədə sosial şəbəkədən məlumat öyrənin.

Həmçinin o bildirib ki, sabahkı aksiya İrəvanın müxtəlif rayonlarında, eyni zamanda, bütün Ermənistan ərazisində keçiriləcək. Sabah günün sonunda isə respublika meydanında mitinq olacaq.

Tarix
2018.04.21 / 23:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla