Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


Makedoniyalı İsgəndər əslində kim idi? - Tarix

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük sərkərdə Makedoniyalı İsgəndər təkcə özünün heyrətamiz hərbi uğurları ilə şöhrət qazanmayıb. Onu tarix səhifələrinə yazdıran əməllərdən biri də etdiyi sehrlər idi. Maraqlıdır ki, bütün bu gizli elmlər ona atasından keçmişdi.

Yunan hökmdarının atasının o zaman Makedoniyada məşhur olan və "Varvar" deyə çağırılan II Flipp olduğu bilinir. Lakin İsgəndərin müasirləri məsələyə tamam başqa cür yanaşırlar. Qəribəlik orasındadır ki, böyük sərkərdənin anası Olimpiada belə, əri Flippi heç vaxt İsgəndərin valideyni adlandırmırdı. Əsilzadə qadın həmişə oğlunun tanrının nəslindən olduğunu deyirdi. Bu sözləri isə metafora hesab etməyə tələsmək lazım deyil. Əslində məhz elə onların arxasında həqiqət gizlənir. Əsas məsələ Olimpiadanın məşuqu ilə əlaqədardır.

Yunan şahzadəsinin sevgilisi Misir fironu II Nextanobu idi və onu da digər hökmdarlar kimi həmyerliləri rəsmi olaraq öz torpaqlarının tanrısı hesab edirdilər.

Çar Flippə gəlincə isə o, cəsur olsa da, xarici görünüş baxımından heç də cəlbedici deyildi. Təkgöz, vəhşi xasiyyətinə görə də "Varvar" ləqəbini qazanmışdı. Bundan əlavə demək olar ki, bütün vaxtını hərbi yürüşlərdə keçirirdi. Belə bir vaxtda hərbçi ərinin onunla əlaqəsinin olmaması üzündən gözəl qadının özünə "ürək yoldaşı" axtarması heç də təəccüblü deyil. Yunan şahzadəsi ilə Misir hökmdarının harada və nə zaman tanış olması ilə bağlı tarix hələ susur. Lakin bir-birinə yaxınlaşmanın təkcə bir səbəbi indiyə qədər məlumdur. Belə ki, həm Olimpiada, həm də Nextanobu magiyanın böyük biliciləri idilər. Demək ki, təkcə fiziki yox, həm də ruhi baxımdan yaxınlıq onların ortaq nöqtəyə gəlməsinə səbəb yaradırdı.

Böyük səhv

Nextanobu astroloq və müdrik kimi təkcə öz ölkəsində məşhur deyildi. Deyilənə görə firon bürcləri tərtib etmək, taleyi əvvəlcədən söyləməklə bərabər döyüşlərdə də məğlubedilməz idi. Müəyyən zaman sonra Nextanobu misirli həkimin libasında Pelluya gəlir və elə məhz burada da onların Olimpiada ilə görüşü baş tutur. Bir dəfə o öz sevgilisinin bürcünü hazırlayarkən tanrılar onun məşuqunun böyük insanın anası olacağı xəbərini verirlər. Doğumdan əvvəl Nextanobu yenidən Pelluya gəlir və gizli yollarla saraya daxil olur.

Hamiləliyinin ağır keçməsi bundan əlavə ərinin də (Flipp doğulacaq uşağın onun olmasına əmin deyildi) bir tərəfdən onu öz şübhələri ilə cana yığması Olimpiadanı çox həyəcanlandırırdı. Doğum əməliyyatını aparmağı şəxsən Nextanobu öz boynuna götürür. Doğuşdan sonra o, şahzadəni təbrik edir, lakin səsindəki kədər dərhal sezilir. Bunu hiss edən Olimpiada böyük gələcəyə sahib olan övladlarının doğuluşuna görə niyə sevinmədiyini soruşur? Firon oğlanın ulduzların göstərdiyi vaxtdan tez doğulduğunu, buna görə də həyatının mükəmməl, amma çox qısa olacağını ona söyləyir.

Tanrının oğlu

Birisi gün də şahzadə üçün uğurlu olmur. Səbəb isə Flippin yeni doğulmuş uşağı öz oğlu və xələfi kimi tanımaqdan imtina etməsi idi. Bu yeni bəla haqqında hələlik şəhəri tərk etməmiş Nextanobuya məlumat göndərilir, ikinci isə bunun qarşılığında hər şeyi yoluna qoyacağına söz verir.

Gecə makedoniyalı hökmdar yuxusunda "sənin oğlunu şəxsən Misirin Amon-Ra allahı göndərib" deyən şahin görür. Flippin sona qədər yuxuya inanması bəlli deyil, bilinən təkcə onun bundan sonra hər nəyə qarşı İsgəndəri tez-tələsik öz taxtının varisi elan etməsidir.

Nextanobu ilə Olimpiada arasında yazışmalar sonrakı dövrlərdə davam edir, amma fironun bundan sonra saraya əvvəlki kimi gəlib öz sevgilisi ilə görüşməsi mümkün olmur. Səbəb isə bu vaxtlar Misirin ağır günlər yaşamasıdır. Taleh elə bil özü hökmdarı imtahana çəkir. Əvvəlcə taxta iddialı qohumlarının üsyanı, farsların hücumu, daha sonra isə ən yaxın dostunun və ölkə ordusunun rəhbərinin satqınlığı onsuz da yaxşı olmayan vəziyyəti daha da qəlizləşdirir. Lakin bütün bunlara rəğmən Misirin inkişafı dayanmır, onun hökmdarı döyüşdən-döyüşə öz mövqeyini daha da gücləndirir.

Əslində fironun sirli qələbələrinin mənbəyi gizli otaqda saxlanılan kiçik mücrüdə idi. Hər dəfə ölkənin üzərini təhlükə alanda o öz sirli otağına çəkilir, mücrüsünü açır və orada mumdan hazırlanmış bir neçə oyuncaq çıxarırdı. Əgər təhlükə dənizdən gözlənilirdisə, o zaman hökmdar böyük fincan götürərək onu su ilə doldurur, daha sonra içində mumdan düzəldilmiş oyuncaqlar olan balaca gəmiləri həmin suya buraxırdı. Bütün bunlardan sonra çar sehri oxuyur və ölkə sularına daxil olan gəmilər isə öz-özlərinə batırdılar. Pusquda gözləyən Misir əsgərləri də bu vəziyyətdən istifadə edərək rahat qələbələrini qazanırdılar. Bu hal dəfələrlə olub.

Lakin günlərin bir günü kəşfiyyatçılar farsların yenidən yürüş edəcəyi xəbərini gətirirlər. Bunu eşidən firon gülür və öz otağına yollanır. Sehrə başladığı andan etibarən onun talınmadığını görən Nextanobu kartlar, müxtəlif gizli işarələr vasitəsiylə qələbənin qeyri-mümkünlüyü qənaətinə gəlir. Allahlar bu dəfə Misiri yox farsları seçirlər. Onların əmrinə tabe olan hökmdar isə bundan sonra öz gizli otağından heç kəsə görünmədən çıxıb, sadə paltar geyinərək sakitcə şəhəri tərk edir.

Tanrının vətənə dönüşü

Tezliklə o, Pelluya sevgilisi və oğlunun anasının yanına gəlir. Bu vaxtlar İsgəndərin 13 yaşı tamam olurdu. Misirli həkim kimi özünü tanıdan Nextanobu sarayda özünə yer edir və qısa zaman kəsiyində Aristotellə dost olur. Onlar hər ikisi öz növbələrində İsgəndərin müxtəlif sahələr üzrə müəllimləri olurlar. Aristotel müxtəlif elmlər üzrə, Nextanobu isə magiya istiqamətində dərs keçməyə başlayır.

Gənc yunanın birinci savaşı ərəfəsində firon müqəddəs mücrüsünü ona verir və İsgəndərə döyüşlərdə buradakı oyuncaqlardan istifadə qaydasını öyrədir. Elə bunun nəticəsi idi ki, bütün döyüşlərdə şans böyük sərkərdənin üzünə gülür. Həqiqi atası kimi o da bütün toqquşmlardan qələbə ilə ayrılır. Gənc hökmdar mücrünü həmişə özü ilə daşıyır, hətta ona ən yaxın dostlarının da əl vurmasına icazə vermirdi.

Hökmdar olduqdan sonra ilk iş kimi o, Misiri farsların tabeliyindən xilas edir. Ələ keçirdiyi bütün ölkələr heç də asanlıqla yunanlının hakimiyyətini tanımırdılar, yalnız misirlilərdən başqa. Onlar həmin dəqiqə onu Misir hökmdarlarının nəslindən bilib öz fironları elan edirlər. Tarix yenə də Nextanobunun bu işdə nə qədər əməyi olması ilə bağlı susur. Amma mühafizəkar Misirin adi yunanlını xoş niyyətlə qəbul edib, başa yüksəltməsindən də məlum olur ki, İsgəndərin əslinin haradan olması hər kəsə bəlli idi.

İgəndər də öz növbəsində bu qədim ölkəyə ürəyini bəxş etməklə misirlilərin göstərdikləri xoşgörüyə cavabını verir. Allahların ona bəxş etdiyi gücün sayəsində o, çoxlu ölkələr və xalqları tabeliyinə salır. Böyük sərkərdənin həyat yolu ömrünün 33-cü ilində sona çatır. Ölərkən gənc yunan Amon vadisində tapşırılmağını vəsiyyət eləyir. Bu o vadi idi ki, hakimiyyətinin ilk illərində kahinlər ona dünyaya gəliş məqsədini söyləmişdilər. Məhz bundan sonra İsgəndər imperiyasını Hindistana qədər yaymağı bacarmışdı.

Tarix
2013.11.27 / 22:09
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

ABŞ Avropada Rusiyaya qarşı yeni bazalar açır

Rusiya yeni ordu yaradır

Prezident TŞ-yə 2 aydır təyin edilən sədri işdən çıxardı

Rusiyanın problemləri daha da artacaq - Nazir

Qəzzafilər yenidən Liviyada hakimiyyətə iddialıdır

İsrail HƏMAS-a cavab zərbəsi endirdi

Tramp ABŞ-ı pis günə qoydu – Sorğu

Dünya üçün mühüm işarə: ABŞ və Rusiya yaxınlaşır...

Ərdoğandan gözdağı: Onlar bunun hesabını verəcəklər

III Dünya müharibəsini başladacaq səbəb

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla