Yuxarı

Duqin hədələdi: Tabe olmasa, İrəvanı dağıdacağıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və prezidenti yalnız dövlətlərarası münasibətlər çərçivəsində çalışır. Putin üçün liderlə münasibət iki ölkələr arasındakı münasibətlər deməkdir.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı ideoloq Aleksandr Duqin deyib.

“Putin buna adət edib. Putindən və indiki Rusiya hakimiyyətindən Ermənistandakı problemə müdaxiləni tələb etmək gülməlidir. Rusiya və onun hökuməti Ermənistana formal prinsip əsasında münasibət göstərir. Putin Sərkisyanla danışmağa adət edib və o, Putini qane edir. Məhz buna görə də rus lider Sərkisyanı dəstəkləyir. Yerdə qalanlar isə oyundan kənardırlar.

Ermənilərə Rusiya ilə münasibətləri dəstəkləmək faydalıdır. Sərkisyana münasibət sizin daxili işinizdir, amma əgər bu qarşıdurmada Rusiyaya qarşı münasibət pozulsa, bu, ilk növbədə ermənilərin özü üçün pis olacaq. Bu, həm də bizim üçün pis olacaq. Biz belə hadisələrin digər postsovet məkanı ölkələrində necə bitdiyinin şahidi olmuşuq. Rusiyanın müttəfiqi olan ermənilərin heç bir çıxış yolu yoxdur. Putin Sərkisyanı ona görə dəstəkləyir ki, Sərkisyan onun üçün Ermənistanın özüdür. Putin bundan sonra kimin haqlı, kimin günahkar, kimi iqtisadiyyatı dağıtdığını müəyyən etmək üçün çalışmamalıdır.

Əgər rejim dəyişikliyi Rusiya ilə münasibətləri qoruyub saxlayacaqsa, bu, Ermənistanın daxili işidir. Ən vacib olan şey xarici güclərin manipulyasiyasından qaçmaqdır. Bu, hər kəs üçün - ermənilər, rusiyalılar və regionun stabilliyi üçün vacibdir. Əks halda manipulyasiya rejim dəyişikliyi ilə bitməyəcək. Bu, dövləti dağıdacaq”, – deyə o bildirib.

Tarix
2018.04.21 / 16:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla