Yuxarı

Sərkisyanla Paşinyan görüşdü: Bir-birinə hədələr...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim çoxsaylı danışıqlar çağırışıma reaksiya verdiyiniz üçün çox şadam, ancaq bir çox jurnalistin iştirakı ilə nə barədə danışa biləcəyimizi bir o qədər də yaxşı təsəvvürümə gətirə bilmirəm.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Serj Sərkisyan “Marriot” otelində keçirilən Nikol Paşinyanla görüşün əvvəlində deyib.

Cavabında Paşinyan bu məsələdə bir növ yanlış anlaşılma olduğunu qeyd edib:

“Mən cənab prezident Armen Sərkisyanla görüşdə qəti şəkildə göstərdim ki, söhbət sizin təklif etdiyiniz dialoqdan yox, bizim təklif etdiyimiz çağırışdan gedir. Mən sizin istefanızı və hakimiyyəti təhvil verməyinizi müzakirə etməyə gəlmişəm. Buna görə də sizi dialoq sözünü işlətməməyə çağırıram".

Sərkisyan Paşinyana bunun dialoq və ya danışıqlar deyil, sadəcə ultimatum, dövlət və qanuni hakimiyyətə şantaj olduğunu bildirib.

“Siz məsuliyyət dərəcəsini dərk etmirsiniz, 1 mart (2008) hadisələrindən dərs çıxarmamısınız. Əgər siz bu tonla danışmağa davam etsəniz, mənə ancaq sizə qanuni hüquq və məntiq çərçivələrinə dönməyinizlə əlaqədar məsləhət vermək qalacaq. Əks halda bütün məsiliyyət sizin üzərinizə düşəcək. Seçin”, - Sərkisyan deyib.

“Bizimlə təhdid dilində danışmağa heç kim cürət edə bilməz. Siz ölkədəki vəziyyəti təsəvvür edə bilmirsiniz və o 10-15 gün əvvəlki kimi deyil. Vəziyyət dəyişilib. Ermənistanda hakimiyyət xalqın əlinə keçib”, - Paşinyan bildirib.

Bundan sonra Sərkisyan 7-8 faiz səs toplamış fraksiyanın xalqın adından danışa bilməyəcəyini və danışıqları davam etdirmək istəmədiyini bildirib.

“Qanuni hökumətin tələblərini qəbul etmirsinizsə, o zaman sizə hələlik”, - Sərkisyan deyib.

Tarix
2018.04.22 / 11:09
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla