Yuxarı

Ərdoğandan türk xalqına 23 aprel müraciəti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni dövrdə TBMM-lə yaxın əməkdaşlıq və həmrəylik şəraitində istiqbalımız və ümidimiz olan uşaqlarımıza daha yaxşı bir gələcək, daha böyük və daha güclü bir Türkiyə buraxmaq üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 23 aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə yayımlanan mesajında yer alıb.

“İstiqlal mübarizəmizdə misilsiz bir qəhrəmanlıq dastanı yazan əziz millətimizin iradəsini nümayiş etdirmək yolunda göstərdiyi əzmkarlıq başqa millətlərin də müstəqillik mübarizələrinə ilham mənbəyi olmuşdur. Milli iradənin simvolu TBMM qurulduğu gündən indiyə qədər ötən 98 ildə vətəndaşlarımızın sakit şəkildə, sülh və əmin-amanlıq şəraitində yaşaması, ölkəmizin daha firavan hala gəlməsi üçün ilk günkü həyəcan və qərarlılıqla fəaliyyətini davam etdirir. 16 aprel 2017-ci il tarixində millətimizin təsdiqlədiyi konstitusiya dəyişikliyindən sonra, 24 iyunda keçiriləcək seçkilərlə ölkəmizdəki tərəqqi və inam şəraitini gücləndirəcək yeni bir dövrə qədəm basırıq. Ölkəmizin gələcəyi ilə bağlı qərarların daha güclü şəkildə alına bilməsi və tətbiqini təmin edəcək bu addım, inkişaf və tərəqqimizin də sürətlənməsinə şərait yaradacaqdır.

Qurulmasından bu yana TBMM nəzdində ölkəyə xidmət etmiş bütün millət vəkillərinə, millət adına öz təşəkkürlərimi bildirirəm. İstiqlal hərbinin Baş komandanı, TBMM-in ilk sədri, cümhuriyyətin banisi qazi Mustafa Kamalla birlikdə bütün şəhidləri və qaziləri rəhmətlə yad edir, bütün dünyadakı uşaqların bu müstəsna bayramını ürəkdən təbrik edirəm”, - Ərdoğan bildirib.

Tarix
2018.04.23 / 01:28
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla