Yuxarı

ABŞ və Aİ-dən İrəvana: Dərhal azad edin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa İttifaqı müxalifətin etiraz aksiyalarının keçirildiyi Ermənistanı təmkinli olmağa və vətəndaşların dinc etiraz hüququna hörmətlə yanaşmağa çağırıb.

Axar.az xəbər verir ki, ABŞ diplomatları polis əməkdaşlarına və nümayişçilərə qarşı zorakılıq aktlarına yol verən şəxslərin qanuna uyğun şəkildə məsuliyyətə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

“Biz hakimiyyəti dinc aksiyalara icazə verərək təmkinli olmağa, sərbəst toplaşma azadlığı hüququndan istifadə edən şəxsləri isə bunu məsuliyyətlə, zorakılıqdan qaçaraq və vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışaraq etməyə çağırırıq. Jurnalistlərə və nümayişçilərə qarşı zorakılığa dair məlumatlar bizi narahat edir”, - ABŞ-ın Ermənistan səfirliyinin bəyanatında deyilir.

“Avropa İttifaqı Ermənistan hakimiyyətinin sərbəst toplaşma azadlığını tam hörmətlə qarşılamasını və qanunun Ermənistanın beynəlxalq öhdəliklərinə, o cümlədən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına uyğun olaraq ədalətli və mütənasib şəkildə tətbiq olunmasını gözləyir. Qanuna əsasən, toplaşmaq hüququndan istifadə edərkən saxlanılan bütün şəxslər dərhal azad edilməlidir”, - Aİ-dən bildirilib.

Xatırladaq ki, aksiyanın əsas təşkilatçısı olan Nikol Paşinyan da daxil olmaqla, 3 deputat saxlanılıb. Ümumilikdə isə son 6 gündə 1000 nəfər həbs edilib.

Tarix
2018.04.23 / 14:13
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla