Yuxarı

Skaparottidən Mettisə: Türkiyə ailəmizdir, YPG məşuqəmiz…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ generalı Körtis Skaparotti Vaşinqtonda təcili olaraq ABŞ Müdafiə naziri Ceyms Mettislə görüşüb.

Axar.az xəbər verir ki, bu sözlər “Habertürk” qəzetinin Vaşinqton muxbiri Sərdar Turqutun köşəsində yer alıb.

“ABŞ ordusunun Avropadakı Qoşunlarının komandanı (EUCOM) general Körtis Skaparotti Türkiyə bağlı danışıqlar aparmaq üçün mart ayında Vaşinqtona getdi. O, Pentaqonda Müdafiə naziri Ceyms Mettislə Türkiyə ilə bağlı danışıqlar apardı. Hərbi qaynaqlara yaxın mənbəmin məlumatına görə, görüş boyunca Skaparotti Mettisə Türkiyənin qətiyyən itirilməməsi gərəkən müttəfiq olduğunu dedi. Skaparotti bölgədə Türkiyə ilə birgə hərəkət edilməsi gərəkdiyini, Amerikanın milli maraqlarına bunun yararlı olduğunu, YPG ilə yaxınlığın Türkiyəni ABŞ-dan uzaqlaşdırdığını, bunun da ABŞ üçün təhdid olduğunu vurğuladı. Skaparotti hətta bununla bağlı belə bir bənzətmə də edib: “Bizim əsil evliliyimiz Türkiyə ilədir, YPG isə sadəcə gəzdiyimiz məşuqədir”.

Amerikanın Suriyada YPG ilə birgə hərəkət etməsi planının əsas dəstəkçisi Yaxın Şərq və Əfqanıstana nəzarət edən Mərkəzi Qüvvələr Komandanlığıdır (CENTCOM). Rusiyaya qarşı müdafiənin qalası olan EUCOM isə bu strategiyanın Türkiyəni narahat etdiyi üçün yanlış olduğunu düşünür.

Mettis Skaparottini dinlədikdən sonra onu müdafiə etdiyini, amma ABŞ-ın Suriyadakı əsas hədəfinin İŞİD olduğunu və bunu meydanda ancaq YPG ilə həll edə biləcəklərini deyib. Mettis həmçinin indiki strategiyalarından əl çəkmək fikrində olmadıqlarını vurğulayıb.

Əslində Mettisin özü də CENTCOM generalıdır. O, Pentaqondakı müşavirlərini də məhz buradan seçib. Məhz buna görə də Mettisin üzərində CENTCOM hakimiyyəti mövcuddur”, – deyə köşədə bildirilib.

Tarix
2018.04.24 / 13:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla