Yuxarı

80 yük maşını İrəvana girir: Daha bir addım... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:11

İrəvanda Respublika meydanında etiraz aksiyalarına start verilib.

Axar.az xəbər verir ki, artıq etirazçılar meydana axın etməyə başlayıb.

Qeyd edək ki, Ermənistan Baş nazir əvəzi Karen Karapetyan ötən gün müxalifət lideri Nikol Paşinyanla bu gün saat 11:00-a təyin edilən görüşdən imtina etdi. Bundan sonra Paşinyan bu gün saat 11:00-a xalqı vətəndaş itaətsizliyinə və mitinqə çağırdı.

***

Ermənistanın İrs Partiyası tərəfdarlarını İrəvandakı etiraz aksiyalarına qoşulmağa səsləyib. Məşhur erməni iş adamı Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası da analoji bəyanatla çıxış edib.

Hazırda Ermənistanın ana müxalifəti Çarukyan Bloku sayılır. Blok parlamentdə 31 deputata sahibdir.

***

İrəvanda Mərkəzi Bank etirazçılar tərəfindən mühasirəyə alınıb. Etirazçılar xüsusi texnikanın Mərkəzi Bankın gətirilməsinə maneə yaradırlar.

***

Nikol Paşinyan Karen Karapetyanın son açıqlamasına cavab verib.

O, heç bir halda Respublika Partiyasının rəhbərliyi altında növbədənkənar seçkiyə getməyəcəklərini deyib. Paşinyan belə bir təcrübəni 2017-ci ildə yaşadıqlarını bildirib:

“İnqilab göstərdi ki, Respublika Partiyası Ermənistanda hökm edə bilməz. Serj Sərkisyan istefaya getdi, amma Respublika Partiyası hələ də hakimiyyətdədir”.

O, Sərkisyanın Ermənistanı kölgədən idarə etmək istədiyini deyib.

***

Nikol Paşinyan öz Feysbuk səhifəsində Avropa Birliyinin Ermənistandakı səfirləri ilə görüşdüyünü bəyan edib. O, yaxın zamanlarda Rusiya və ABŞ-ın Ermənistandakı səfirləri ilə də görüşəcəyini yazıb.

***

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda da etirazlar başlayıb. Etirazların əsas aparıcı qüvvəni Vanadzor Dövlət Universitetinin tələbələridir.

***

Respublika Partiyasından olan deputat Aşot Ağababyan Nikol Paşinyanı dəstəkləyib. O, mətbuata müsahibəsində Paşinyandan başqa baş nazir postunda heç kimin olmaması gərəkdiyini bildirib.

Ağababyan Paşinyanın məxməri inqilabı təkbaşına həyata keçirdiyini etiraf edib.

Qeyd edək ki, Ağababyan Respublika Partiyasının yaradıcılarından biridir.

***

Ermənistanın İdman və Gənclik nazirinin səlahiyyətlərinin icraçısı Qroç Rostomyan istefaya gedib.

O, bu addımı Çiçəklənən Ermənistan Partiyasının İrəvandakı etirazları dəstəkləməsi qərarına uyğun olaraq atdığını bildirib.

***

İrəvandakı etiraz aksiyaların İşıqlı Ermənistan və Hnçak partiyaları da qoşulub.

Hnçak Partiyası Respublika Partiyasının təcili istefaya getməsi gərəkdiyini açıqlayıb.

***

Ermənistanın Noyamberyan rayonunda yerləşən Gürcüstanla sərhəddəki Baqrataşen gömrük keçid məntəqəsi etirazçılar tərəfindən ələ keçirilib.

Məlumatı Nikol Paşinyan yayıb.

***

Etirazçılar İrəvandakı “Zvartnots” hava limanına gedən yolu qapadıblar.

***

Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə də etiraz aksiyaları başlayıb. Aksiyalara şəhərdəki bütün universitetlər və texnikumların tələbələri qoşulub.

Şəhərdəki aksiyalara Çarukyan Blokundan olan deputat Vardan Qukasyan rəhbərlik edir.

***

Ermənistanın Daşnaksütyun Partiyasından olan deputat Suren Manukyan İrəvandakı aksiyalara dəstək verib. O öz Feysbuk səhifəsində hazırda Batumidə NATO Parlament Assambleyasında iştirak etdiyini, amma Paşinyanı dəstəklədiyini deyib.

Qeyd edək ki, Daşnaksütyun hakim Respublika Partiyası ilə koalisiya yaradıb.

***

Ermənistanın Sünik vilayətinin Spandaryan kəndinin sakinləri yolları bağlayaraq İrəvandakı aksiyaları dəstəkləyiblər. Onlara qarşı polis güc tətbiq edib. Bir neçə nəfərə xəsarət alıb və həbs edilib.

***

İrəvanda etirazçılar şəhər küçə və prospektlərində gün ərzində yürüşdən sonra Respublika meydanına toplaşıblar. Meydana etirazçıların lideri Nikol Paşinyan da gəlib.

***

İrəvandakı etirazların təşkilatçılarından biri olan deputat Ararat Mirzoyan Karen Karapetyanın istefaya getdiyini açıqlayıb. Mirzoyanın bu açıqlamasını Karapetyanın mətbuat katibi təkzib edib.

***

Ermənistanda hakim koalisiya dağılıb.

Daşnaksütyun Partiyası hakim koalisiyadan çıxmaq haqda qərar qəbul edib.

***

"Yeni baş naziri seçmək lazımdır. Rəsmən bəyan edirəm ki, yaxın günlərdə seçkilər keçiriləcək və xalqın namizədi Nikol Paşinyan olacaq", - Ruben Rubinyan mitinqdə çıxışı zamanı bildirib.

***

N.Paşinyan Respublika meydanında hazırda davam edən mitinqdə nitqi zamanı deyib ki, Ermənistanda hazırda hökumət yoxdur:

“Hökumətdəki bəzi şəxslər düşünür ki, Serj Sərkisyanın istefasından sonra xalq o qədər sevinir ki, nə üçün toplaşdığını yaddan çıxarıb. Karapetyan elə zənn edirdi ki, 23 aprel qələbəsindən sonra xalq 25 apreldə meydanlara çıxmayacaq. Ancaq bugünkü mitinq-yürüş təsdiqlədi ki, Karapetyan danışıqsız və şərtsiz bizim inqilabımızın qələbəsini qəbul etməlidir. Biz Respublika Partiyasının birmənalı və danışıqsız kapitulyasiyasını tələb edirik”.

Paşinyan qeyd edib ki, Sərkisyanla bərabər, bütün hökumət istefa verib. Və hazırda hökumətdə fəaliyyət göstərən məmur yoxdur:

“Hökumətin bütün üzvləri Sərkisyanla eyni anda istefa veriblər. Hazırda Ermənistanda hökumət yoxdur”.

Onun sözlərinə görə, Karapetyanın baş nazir səlahiyyətlərini icra etmək səlahiyyəti yoxdur və onun bu fəaliyyəti cinayət məsuliyyəti yaradır.

“Bu gün Karapetyan güc strukturlarını toplayıb və fövqəladə vəziyyət elan olunmasının vacibliyini bildirib. Bu adamın tərzi məni heyrətləndirir”, Paşinyan deyib.

***

Paşinyan 26 apreldə keçiriləcək aksiyalarla bağlı məlumat verib.

O deyib ki, sabah günorta mitinqə start verəcəklər. O, xalqı yeni bir güclə aksiyaları davam etdirməyə çağırıb: “Daha bir addım və bu tarixi başa çatdıraq”.

Paşinyan bildirib ki, sabahkı aksiyada yolları, körpüləri bloklayacaqlar: “İrəvan-Sevan (Göyçə) yolunda 80 yük maşını gözləyir. Onlar İrəvana gələcək və yolları bağlayacaqlar”.

Paşinyan özü Lambada körpüsündən yürüşə başlayacağını deyib.

26 apreldə bütün sürücülərin 12:05-də maşınları saxlayacağı və 20 dəqiqə ərzində tərpənməyəcəyini bildirib.

Yürüşdən sonra - 19:00-da isə Respublika meydanında mitinq keçiriləcək.

Tarix
2018.04.25 / 22:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla