Yuxarı

Patruşevin İrəvana gizli səfəri: Paşinyan hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim Respublika Partiyası müxalifətlə kompromisə gedib.

Axar.az xəbər verir ki, bu barədə məlumat partiyanın bəyanatında yer alıb. Partiya bu bəyanatı Serj Sərkisyan və Baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyanla görüşdən sonra yayıb. Bəyanatda hakim partiyanın heç bir ilkin şərt olmadan danışıqlar aparmağa hazır olduğu açıqlanıb. Partiya həmçinin öz sədrinin (1999-cu ildən partiyaya Serj Sərkisyan rəhbərlik edir – red.) dəyişdirilməsi məsələsini də müzakirə etməyə hazır olduğunu bəyan edib.

Paşinyanın ötən gün Respublika Partiyasından bir neçə deputatla görüşməsi, Karapetyanın artıq Respublika Partiyasını təmsil etmədiyini deməsi, hakim partiyanın istənilən şəxsin baş nazirliyə namizədliyini irəli sürəcəyi halda parlamentin xalq tərəfindən mühasirəyə alınacağını açıqlaması isə qarşı tərəfdə müəyyən təşviş yaradıb. Hakim partiyanın deputatları son günlər dəfələrlə Karen Karapetyanla əlaqə yaratmağa çalışsalar da, onu yerində tapa bilmirlər.

Daşnaksütyun Partiyasının gözlənilmədən Respublika Partiyası ilə koalisiyadan çıxması hakim partiyanın üzvləri arasında çaşqınlığı artırıb. Daşnaksütyunun RP-dən ayrılmasına rəğmən hakim partiya hələ də parlamentdəki üstünlüyünü qoruyub saxlayır. Belə ki, RP-nin parlamentdəki deputatlarının sayı 58 nəfərdir, baş nazir seçimi üçün 53 səsə ehtiyac var.

Baş nazir seçimindən öncə siyasi partiyalar arasında danışıqlar sürətlənib. Paşinyan dünən Ermənistanın ana müxalifəti sayılan Çarukyan Blokunun rəhbəri və iş adamı Qagik Çarukyanla yenidən görüşüb. Paşinyanın yaydığı mesajdan sonra tərəflər arasında yekun razılaşmanın əldə olunmadığı və danışıqların bundan sonra da davam etdiriləcəyi bəlli olub.

Məhz Çarukyanla görüşdən sonra meydanda çıxış edən Paşinyan məşhur rusiyalı milyarder Samvel Karapetyana da mesaj göndərib:

“Bəzi biznesmenlər özlərini Karen Karapetyanın tərəfdarı sayırlar və öz fikirlərini Moskvanın mövqeyi kimi təqdim etməyə cəhd edirlər. Mən bu şəxslərə demək istəyirəm ki, Ermənistan Respublikası icarəyə verilən ərazi deyil. Başınız girmədiyi yerə burnunuzu soxmayın”.

Dünənin ən maraqlı hadisəsi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin gözlənilmədən, həm də məxfi şəkildə İrəvana getməsidir. Mətbuatın iddiasına görə, Patruşevin təyyarəsi Soçidən birbaşa İrəvan hava limanına gedib və qısa müddət sonra Ermənistanı tərk edib. Hələlik bu səfərin məqsədinin nə olduğu aydın deyil.

Siyasi destabilizasiya ilə bərabər ölkənin çökməkdə olan iqtisadiyyatı daha da pisləşməyə başlayıb. “Qraparak” qəzetinin iddiasına görə, ölkədən son bir neçə gündə kapital axını artıb. Bəzi investorlar isə ölkəyə yatırım niyyətlərindən müvəqqəti imtina etməli olublar. Ən böyük itki isə erməni əsilli rusiyalı iş adamı Kamo Avaqumyanla bağlı olub. O, etirazların başlanmasından sonra ölkəyə yatırmaq istədiyi 100 milyon dollarlıq investisiyadan imtina edib.

Tarix
2018.04.26 / 10:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla