Yuxarı

Türkiyənin tələbini ABŞ qəbul etdi: Menbiç bu cür azad edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında baş tutan gizli danışıqlar zamanı Suriyanın şimalının yeni yaradılacaq ərəb ordusuna verilməsi haqda razılıq əldə olunub.

Axar.az xəbər verir ki, bu barədə “Basnyus” informasiya yayıb. Məlumata görə, YPG-nin nəzarətində olan Rakka şəhəri Səudiyyənin dəstəklədiyi Ceyş ül-İslam qruplaşmasına təslim ediləcək.

Daha sonra isə Demokratik Suriya Qüvvələrinin daxilindəki ərəblər Səudiyyə və BƏƏ-nin dəstəyi ilə qurulacaq yeni orduya qoşulacaq. Bununla da Suriyanın şimalı ərəb ordusunun nəzarətinə keçəcək. Sözügedən orduya kürdlərin, türkmanların da qoşulacağı iddia edilir.

Bu barədə “Basnyus”a açıqlama verən Suriya əşirət rəsmilərindən Mazal Həmad əl-Əsadi həmin planın həyata keçməsində Türkiyənin ABŞ-a qoyduğu tələbin mühüm rol oynadığını deyib:

“Menbiç, Rakka kimi şəhərlər ərəb qüvvələrinə təhvil veriləndən sonra yerli məclis idarəetməni ələ keçirəcək və buranı tərk etmiş insanlar öz torpaqlarına qayıda biləcəklər. Hazırda Suriyanın şimal-şərqindən qaçmış 2 milyon insan Türkiyədə yaşayır. Sözügedən planın həyata keçməsi Türkiyənin xeyrinədir”.

Qeyd edək ki, bir qədər əvvəl Vaşinqtonun Suriyanın şimal-şərqindəki ABŞ hərbi kontingentini ərəb ölkələrindən olan hərbçilərlə əvəzləmək istəməsi haqda məlumatlar yayılıb. Sözügedən planın Türkiyəyə ağır zərbə olacağı iddia edilmişdi.

Tarix
2018.04.26 / 13:31
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla