Yuxarı

Ukrayna Avropa Birliyi ilə Rusiyanı bir-birinə vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vilnüsdə keçiriləcək "Şərq partnyorluğu" zirvə toplantısının əsas məqsədi Ukrayna ilə Avropa Birliyi arasında assosiativ sazişin imzalanması olsa da, Kiyev bundan imtina etdi.

İndi zirvə toplantısında günün mövzusu assosiativ imzanın Gürcüstan və Moldova ilə imzalanmasıdır. Avrokomissiyanın verdiyi ən son məlumata görə toplantıda həmçinin AB-nin böhranın qaydaya salınmasında aparılan əməliyyatlarda Gürcüstanın qismən iştirakı və Ukrayna ilə tək aviasiya zonası ilə bağlı razılaşmanın paraflanması haqda müzakirə aparılacaq.

"Axar.az" toplantının rəsmi saytı istinadən xəbər verir ki, son dəyişikliklərə baxmayaraq, Vilnüsə bütün iştirakçı ölkələrin nümayəndələri gələcək. Bunlar Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandır.

Toplantının birinci günü Litvanın prezidenti Dalya Qribauskayte, Avropa ittifaqının başçısı Herman van Rompey və Avrokomissiyanın nümayəndəsi Joze Manuel Barrozu Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparacaq. Gün AB üzvləri və altı iştirakçı ölkənin şam yeməyi ilə bitəcək. Müqavilələrin imzalanması ayın 29-na planlaşdırılır.

Ekspertlər Ukrayna hökumətinin qərarının səbəblərini müzakirə edərkən, Rusiya ilə AB bir-birini Ukraynaya təzyiqdə günahlandırır.

Ukrayna assosiativ sazişi imzalama prosesini dayandırdıqdan sonra ticari- iqtisadi əməkdaşlığı müzakirə etmək üçün Kiyev üçtərəfli ( Rusiya-Ukrayna- AB) komissiyanın yaradılmasını təklif etdi.

Moskva öz razılığını versə də, AB təkidlə bildirir ki, Ukrayna ilə AB-nin assosiasiyası ikitərəfli mövzudur və Rusiyanın iştirakı olmadan müzakirə edilməlidir.

AB-nin Rusiyadaki nümayəndəsi bəyan etdi ki, AB hər iki ölkə ilə partnyorluq məsələlərini müzakirə etməyə hazırdır, lakin Rusiyanı Ukrayna ilə assosiasiya haqda danışıqlara qoşa bilməz.

Tarix
2013.11.28 / 09:31
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla