Yuxarı

Leontyevdən İrəvana: Arvad, düş arabadan! - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leontyevdən İrəvana:

2018.05.05 21:23

Ermənistan tarixi, siyasi, fiziki və maddi cəhətdən Rusiya üçün əngəldir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın "Rosneft” neft şirkətinin vitse-prezidenti, məşhur jurnalist Mixail Leontyev "Komsomolskaya pravda” radio proqramında Ermənistanda baş verən hadisələrlə bağlı çıxışı zamanı deyib.

“Bu yük lap əvvəldən olub. Əgər onlar ayrılmaq istəyirlərsə, o zaman, üzr istəyirəm, “arvad, arabadan düş, sənsiz daha rahatdır” (qədim rus deyimi, “yaxşı yol”, “xoş getdin” mənasında) və hər şeyə nöqtə qoyaq. Deməli, onlar indi son açıqlamalara qədər öz siyasi kariyerası dediklərinin tam əksi olan birinə qarşı mitinqlər keçiriblər. Bu onun siyasi manifestinin əsas anlamı idi. Yaxşı, onlar ayrılmaq istəyirlərsə, buyursunlar, qardaş Azərbaycan xalqı ilə münasibətlərimizə kölgə salmağı dayandırsınlar”, - Leontyev deyib.

Onun sözlərinə görə, Rusiya özü Ermənistanı satmayacaq.

“Biz özümüz bunu heç vaxt etməyəcəyik. Çünki biz satqın deyilik. Orada barmağınızı büküb bizə necə xəyanət edəcəyinizdən danışmaq lazım deyil. Allah xatirinə, dünyada bizdən başqa kimə lazımsınız? Bizdən başqa heç kimə lazım deyilsiniz. Əgər özünüzə də lazım deyilsiniz və axmaqsınızsa, onda xahiş edirəm, gedin, özünüzü boğun. Yalnız bizim dəstəyimiz və ümumiyyətlə, mövcud olmağımız sayəsində var olan bir xalqın bizi xəyanətlə şantaj etməyə haqqı yoxdur. Haqqı yoxdur. Kimsə ağzını kiçicik də olsa açaraq belə bir şey deyirsə, o zaman bu faktı anlamalıdır – onların buna haqqı yoxdur. Əgər biz olmasaydıq, fiziki olaraq nə bir erməni, nə də hansısa bir Ermənistan var idi. Təbiətdə olmazdı, ola da bilməzdi”, - jurnalist bildirib.

Tarix
2018.05.07 / 12:46
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Prezidentin Venslə geniş tərkibdə görüşü başladı

İlham Əliyevlə Ceyms Devid Vensin görüşü oldu

İlham Əliyev Ceyms Devid Vensi qarşıladı - Foto

Ceyms Devid Vens Azərbaycanda səfərdədir

Əliyevlə çox yaxşı münasibətim var - Vens

İran qonşu ölkələrə təşəkkür etdi

İlham Əliyev İordaniya ilə sazişi təsdiqlədi

Milli Məclisdə tarix yazılır - Azərbaycan bunu edən ilk ölkədir

Dünya nəhəngləri Bakıya gəldi – Burada nə yaradırlar?

Vensin Bakıya səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla