Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2017


Şeremetyevoda saxlanılan 20 milyard avro kimindir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, indi virtual aləmdə ən çox müzakirə olunan xəbərdir. Moskva qəzetlərindən birinin bu yaxınlarda yaydığı informasiyaya görə, 2007-ci ildən bəri Şeremetyevo hava limanında içində 20 milyard avro olan təyyarə saxlanılır. Lakin hava limanının mətbuat xidməti yayılan bu xəbəri dərhal inkar etdi. Mənbələrsə bildirir ki, orada həm təyyarə, həm də pul var və həmin pullar xüsusi depoda saxlanılır.

Mənbəmizin verdiyi məlumata görə, Rusiyanın xüsusi təyinatlı heyət əməkdaşı belə deyib: "Mən keçən il bu anbarda olmuşam. Orada çoxlu sayda sukeçirməz üzlüyə bükülmüş pullarla dolu bağlamalar gördüm. Fikir verdim ki, avrolarda nömrələr artma dərəcəsi ilə sıralanıb. Açıq-aydın bilinirdi ki, pullar dövriyyəyə buraxılmadan, birbaşa bankdan daxil olub. Mənim hesablamalarıma görə, o bağlamaların hər birində 100 milyon avrodan az olmazdı. Əgər özüm görməsəydim inanmazdım".

Ucuz malın dəyəri – cəmi 20 milyard avro

2007-ci il avqustun 7-də Şeremetyevo adi iş rejimində işləyirdi. Köhnə "Boinq" modelli yükdaşıyan təyyarə Frankfurtdan uçaraq müvəffəqiyyətlə yerə endi.

Qaimədə yük ucuz mal kimi qeyd olunmuşdu.

Şeremetyevo gömrük əməkdaşının dediyinə gorə, bu təyyarə nəqliyyat terminalına gəlib. Gecə növbəsində işləyən həmkarları söyləyirdilər ki, yükün çox dəqiqliklə yoxlanılmasının əmrini alıblar. Bağlamalarla yüklənmiş təyyarəyə daxil olub, qutudaki üzlüklərdən birini açanda donub qalıblar. Dediklərinı görə, daha sonra bir az yumşaq desək, həngamə başlayıb. Onlardan bunun gizli saxlanmılası barədə imza götürülüb. İndi də KİV-ə məlumat sızandan sonra media ilə danışmağı kəskin şəkildə qadağan ediblər.

Bu söhbətlə tanış olan, polis general-leytenantı Aleksandr Qurov "Komsomol"a belə deyib: "Açıq-aşkar bilinir ki, bu yükü elə-belə saxlamayıblar. Mən bildiyimə görə, bu, təsadüf deyildi. Ya informasiya sızdırılıb, ya da daha inandırıcısı - kəşfiyyatdan siqnal daxil olub. Belə oxşar hadisələr aviadaşıyıcılığın təcrübəsində daha öncə də rast gəlinib. Lakin boynuma alıram ki, ilk dəfədir belə böyük məbləğdən söhbət gedir və bu adamı heyrətə gətirir.

Mən eşitmişəm ki, bu bizim xarici kəşfiyyat xidmətinin yüksək səviyyəli işinin nəticəsidir. SVR-in fəaliyyətdə olan əməkdaşı adının çəkilməsini istəməyərək Qurovun dediyi variantı təsdiq elədi. Bizim əməkdaşlar o pulların hərəkətini izləyirdilər. Lakin daha ətraflı məlumat yoxdur, çünki görünür, əməliyyat hələ başa çatmayıb.

ZİN, pullar kimindir?

Daxil olan pulları götürmək üçün heç kim gəlmədi.

Bizim mənbəyə görə, çox güman ki, həmin şəxsi xəbərdar ediblər ki, ora getməsin - tələ var.

Deyəsən hələ ki, hər şey sakitləşənə qədər məxfilik qərara alınıb. Lakin bu "hələ ki" 6 ilə qədər uzanıb.

"Mənim fikrimcə, bu, astara görə baş tutmayan hər hansı kələklə əlaqədardı. Bu heç də siyasi yox, sırf iqtisadi hadisədi", - keçmiş kəşfiyyatçı, indi isə yazıçı olan Mixail Lyubimov belə fikirləşir.

Aleksand Qurov belə deyir: "Lakin kriminal üçün bu çox böyük, sadəcə, astronomik məbləğdir və dəqiqdir ki, bu "oğru obşakı"nın deyil. Güman ki, bu hər hansı siyasi liderə və ya varlı şeyxə məxsusdur. Düşünürəm ki, Sahibi bu pulları strateji, ola bilər ki, siyasi məqsədlə sərf etmək istəyirmiş.

İranın pulları?

FAB-in tanış əməkdaşlarından biri söyləyir ki, variantlardan birinə görə, milyardların sahibi mərhum Səddam Hüseyn olub. Digərinə görə isə,- biz də daha çox buna inanırıq,- bu, mərhum Liviya lideri Muammer Qəzzafinin pullarıdır. Hər iki diktator inanılmaz sərvətə sahib idi və hər ikisinin pullarını da eyni zamanda Amerika kəşfiyyatı daxil olmaqla güdürdülər. Belə çıxır ki, ruslar 20 milyard avronu tutub saxlayaraq amerikalıların yolunu kəsiblər.

Üçüncü varianta görə, bu pullar İranın hansısa böyük qanunsuz bir işi həyata keçirmək üçün lazım olan qara pullarıdır. Bunu deməyə iki fakt əsas verir - bu işlə bir neçə İran vətəndaşı əlaqədardır və məhz bu dövlət iş birliyini nəğd pulları ilə etməyə üstünlük verir, sıfırların miqdarına baxmayaraq.

"Silahlı baron" variantı

Mütəxəssislər valyutanın daşınmasını məşhur qalmaqallı "Silahlı baron" -Viktor Butun həyata keçirə biləcəyi variantını da gözdən keçirirlər.

Amerika məhkəməsi tərəfindən məhkum olunan bu milyonerin müxtəlif ölkələrdə şəxsi aviakampaniyaları var və şəxsi sima və ya dövlət üçün hərbi təyyarə ilə silah və pulların köçürülməsini həyata keçirirdi. Amerikan araşdırmaçıları onun Qəzzafi hökuməti ilə sıx əlaqələrinin olmasını aşkar edtiklətini bildirib.

Aleksandr Qurov düşünür: "Maraqlı, lakin sürüşkən variantdır. Əgər daşınma ilə But məşğul olsaydı, o zaman gömrük baxışı kimi cüzi şeylərdə ozünü ələ verməzdi. Belə işlərdə o, usta hesab olunurdu". Bizim digər qüvvətli strukturlarımızın tədqiqatçısı təxmin edir ki, variant kimi But iki cəbhədə çıxış edə bilərdi. Sifarişi yerinə yetirməkdən imtina etmədən eyni zamanda məlumatı bizim xüsusi təyinatlılara verə bilərdi. Viktor çoxdan Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirdi. Təsadüfi deyil ki, bizim həmkarlar onu türmədən çıxarmağa çalışır.

Maraqlıdır ki, indi Amerikanın xüsusi təyinatlı nümayəndələri Şeremetyevoya müraciət ediblər.

- Bəli, bizə artıq Amerikadan zəng edib bu sualla maraqlanıblar. Biz həm onlara, həm də hamıya cavab veririk ki, nə pul, nə də təyyarə bizim aeroportda yoxdur! - Şeremetyevo aeroportunun ictimai əlaqələr mərkəzinin rəisi Anna Zaxarenkova təkrar edir.

Sirli Motlaq və Berezovski

Yəqin ki, uçub gəlmiş "yaşıl pullar" haqda tarixə işığı İran vətəndaşı olan Farzin Koorian Motlaq saçmışdı.

- Mən bu yükün qaiməsini görmüşəm, orda bu insanın adı çəkilir. Lakin Motlaq pulun sahibi deyil, onları əldə edəndir. Bütün bu hadisələrdən noyabr ayında xəbərdar olmuşam. O da müəyyən statusa malik insanların o milyardları xilas etməsi üçün müraciətindən sonra - 20 milyardlıq işlə məşğul olmağa hazırlaşan moskvalı beynəlxalq vəkil "Komsomol"a bildirmişdi.

Əvvəlcə mən inanmadım ki, bu pullar ümumiyyətlə mövcuddur. Lakin sonra mənə sübut təqdim etdilər. Frankfurtda "Doyce Bank"dan nəğd əldə olunub. Motlaq öz vəkili vasitəsilə bu problemin həll olunması üçün məbləğdən bir neçə faiz verməyə hazır olduğunu bildirib. Amma bu sirli iranlı barəsində mənim bir neçə sualım meydana çıxdı. Onunla görüşü təşkil etmək heç cür mümkün olmadı, baxmayaraq ki, mən buna görə istənilən ölkəyə uçmağa hazır olduğumu bildirmişdim. Eləcə də yükün sahibinin adını deyə bilmədilər. Və bizim mümkün iş üçün danışıqlarımız baş tutmadı. Bizim iqtisadçı ekspert söyləyir ki, çox güman, bu milyardlar əvvəl hansısa hökumət adamına məxsus olub, lakin sonra onları Berezovski səviyyəsində fırıldaqçılar ələ keçiriblər.

20 milyard avro buraxan alman bankı ilə bağlı hadisə - maaliyyə fırıldaqçılığının sonuncu mərhələsidir. Ardınca pulların nəğdləşdirilməsi və Moskvaya ötürülməsi gəldi. Təbii ki, miqyasına və məbləğinə görə belə böyük fırıldaqçılıq yalnız dahi Berezovski səviyyəsində ola bilərdi.

Motlaqın feysbuk səhifəsində bildirilir ki, o, Tehranda yaşayır, fars və ingilis dillərini bilir. Şəkildən etibarlı vətəndaş təsiri bağışlayır.

Lakin mətbuatda gedən məlumatda bildirilirdi ki, hansısa Motlaq Mərkəzi OAE bankından 14 milyardın oğurlanmasında cəlb olunmuşdu. 20 milyard avroya iddia edən həmin Motlaqdanmı söhbət gedir, bu, dəqiq aydın deyil.

Bəs əgər Motlaqın sənədlərindən fırıldaqçılar istifadə ediblərsə?

Əgər bu real insandırsa, onda o, həqiqətən yeni Berezovski adına layiq görülə bilər. Və onda belə bir sual yaranır: O bu pulları oğurlamayaraq, öz şəxsi maraqları və ya üçüncü qüvvənin maraqları üzrə hərəkət edibmi? Ümumiyyətlə, bu məhsullar öncədən Moskvayamı istiqamətlənmişdi? Çoxlu sayda suallar və qara ləkələr var.

20 milyardın yeni namizədi

Yalnız bu ildə unudulmuş milyardlar barəsində hansısa söhbətlər getməyə başladı. Birdən indi itirilmiş yükü əldə etməyə haqqı olduğunu sübut etməyə çalışan moskvalı Aleksandr Şipilov meydana çıxdı.

O, Farzin Motlaq tərəfindən "Yaxşı insanlar dünyası" adlı naməlum Ukrayna xeyriyyəçilik fonduna 20 milyardın ianə kimi verilməsi haqqında müqaviləni, eyni zamanda Şeremetyevoda pul yükünü əldə etmək üçün fondun idarə edilməsinə dair Şipilovun adına verilmiş etibarnamə, həmçinin vəsaitin saxlanmasının öz üzərinə köçürülməsi barədə sənədi aeroporta təqdim etdi. Lakin pulun fonda ianə kimi verilməsi haqqında müqavilə 2013-cü ilin 17 martında imzalandı. Bu da Aleksandrın şəxsiyyəti kimi şübhəli fikirlərin yaranmasına gətirib çıxardır.

DİN əməliyyatçılarının sözlərinə görə, Aleksandr Şipilov 1960-cı ildə Daşkənddə anadan olub. O, neftin satılması və maaliyyə investisiyları işində şübhəli bilinirdi. Şipilov operativ əməliyyatın içindədir və valyuta kreditləri ilə bağlı borcları var. Bir neçə bankın qara siyahısında adı keçir. Lakin buna baxmayaraq, Ukrayna fondu 20 milyardın alınmasını ona əmanət etməyə çəkinmir. Qəribədir.

Ekspert Qurov deyir ki, adətən, belə pulların yuyulması xeyriyyəçilik fondlarının yaranıması adı altında gedir. Bu, artıq müəyyənləşmiş sxemdir.

İndiki halda o milyardalara olan iddiaçılar çox güman ki, pulları götürmək üçün bütün mümkün olan cəhdləri həyata keçirməyə çalışacaqlar. Ola bilər ki, qızıl bağlamaları əldə etmək üçün əlaqələri və rüşvəti işə salmağa çalışsınlar. Yeri gəlmişkən, meydana çıxan Ukrayna fondu fırıldaqçılıq əməliyyatının olduğunu düşünməyə vadar edir. Lakin Qurovun fikrincə, kapital əldə etməyə çalışanlar heç nə əldə edə bilməyəcək.

Bəs nəyi uzadırlar?

Aleksandr Qurov deyir ki, avroyla bağlı bağlamalara iddia edən hər bir kəs heç nə əldə edə bilməyəcək, onların hamısını yoxlayacaqlar, amma əgər pulların sahibi meydana çıxacaqsa, onda o qaçaqmalçılıqda ittiham olunacaq və problemdən başqa heç nə görməyəcək. Mən belə fikirləşirəm ki, bu milyardların yeri məlumdur. Onlar Rusiya xəzinəsində olmalıdır. Qanuna görə, 3 ildən sonra yükün sahibi üzə çıxmırsa, o zaman bu yük tapılan ölkənin ərazisindəki dövlətin xəzinəsinə keçir. Amma onu qaçaqmalçılıq kimi tanısalar...

Bəs niyə Rusiya nümayəndələri bunun tanınmasını uzadırlar?

"Bizim xüsusi təyinatlılarımız iki səbəbdən bunu uzada bilərlər. Birincisi mümkün fırıldaqçıları araşdırmaq üçün, ikincisi isə hüquqi cəhətdən müddəti gözləmək üçün. Birdən yükün sahibinin varisləri meydana çıxar və bildirərlər ki, onların bu qədər vaxt üzə çıxmaması üçün obyektiv səbəbləri vardı. Əgər istək varsa, hüquqi boşluqlar həmişə tapmaq olar", - hüquqşünas Serqey Losev bunları deyir.

Sözsüz ki, hökumətin bu işdə marağı varsa, bunu şəxsi sima kimi vermək çox çətindir. Amma əgər sahibin varisləri sübut etsələr ki, bu onların qohumlarının kapitalıdır və fırıldaqçılıq üsulu ilə ələ keçirilib, eyni zamanda valyutanın daşınmasında Rusiya qanunu pozubsa, o zaman nəzəri münaqişə mümkündür.

20 milyard avro Rusiya üçün… bu:

Təhsil, JKX, mədəniyyət və idman ilə birgə illik xərcləri;

Soçidəki Olimpiadanın 60 faizlik xərcləri;

Moskva Kazan istiqamətində bir sürətli dəmiryolu magistralı;

Moskva–Sankt Peterburq arası iki sürətli avtomagistıralı;

Rus adasına 25 körpünün salınması;

"Bolşoy teatr"da 40 rekonstruksiya işləri;

"Zenit"ə 500 futbolçunun transferi;

Roman Abromoviç və Alişer Usmanovun ümumi büdcəsi;

Diktatorların sərvətinə nə oldu?

"Kolçakın qızılı" - Admiral Kolçakın nəzarəti altında yerləşən Rusiya imperiyasının qızıl ehtiyyatının bir hissəsi 1919-cu ildə itdi və sanki buxarlandı - söhbət 180 ton qızıldan gedir. Tədqiqatçıların fikrincə, bu xəzinənin böyük hissəsi Yaponiya banklarında saxlanılır. Faizləri də nəzərə alsaq, astronomik məbləğ alınır.

Üçüncü Reyxin qızılı 1945-ci il yanvarın 31-də Faşist almaniyasının 27 vaqondan ibarət qiymətli bağlamaları ilə heyət Berlindən yola çıxdı. Bu yük ən sadə qiymətlə 500 milyard rubla ekvivalentdir. Qızılın yarı hissəsi indiyə kimi gizli yerlərdə saxlanılır. Bu gizli yerlərdən birinə təsadüfən Bad-Auszeedə turistlər rast gəlib. Meşədəki sadə görünən ev kərpic yerinə qızıldan olub.

Reyxin möhürü olan qızıl külçələri Peruda məşhur yazıçı Yulian Semyonov əlində tutmuşdu. Bu o deməkdir ki, xəzinənin bir hissəsi Latın Amerikasına düşüb.

Çilinin eks-diktatoru Avqusto Pinoçet Honkonqda gizli hesablarda 9 tondan ağır olan qızıl gizlətmişdi. Həmçinin onun devrilməsindən sonra Pinoçetin ABŞ-ın banklarından birində 26 milyon dollarıq məbləği aşkarlanıb.

İqtisadçıların şərhləri

"Financial Consulting Group"un ortağı Vladimir Lupenko deyir ki, əgər bu versiyanı təhlil etsək ki, bu pulları Qəzzafi qızıl ehtiyyatlarını satdıqdan sonra əldə edib, o zaman gəlin, hesablayaq: 2007-ci ildə bir qızıl unsiyasının orta dəyəri 695,39 dollar idi. 2007-ci ilə görə avronun dollara orta nisbəti 1,3415 dəyərindəydi. 20 milyard avronu əldə etmək üçün 1200 tondan çox qızıl "xırdalamaq" lazım idi. Texniki cəhətdən bu, ciddi endirimlə bir neçə mərhələdən sonra mümkündür. Belə satışı ABŞ-ın sanksiyalarını ustalıqla "nəzərdən qaçıran" maaliyyə kompaniyaları ilə məşhur olan Şərqi Avropada yerləşən bank vasitəsilə nəzəri cəhətdən təşkil etmək mümkün idi. Vaxtilə buna bənzər əməliyyatı İran qazını qızılla satın almaq üçün Türkiyə etmək məcburiyyətində qalmışdı.

"Lakin bu, çox çətin yol idi", - İFK "Solid"in İnvestisiyaların idarə şöbəsinin rəisi Mixail Korolyuk əlavə edir. Pulları sərhəddən keçirmək üçün çoxlu sayda sadə üsullar var. Və bunun üçün heç kim nəğd puldan istifadə etməyib. Xüsusən də belə böyük məbləğdən söhbət gedirsə.

Birincisi, dəniz vasitəsilə işləmək olardı. İndi onlara qarşı təzyiqlər başlasa da, o zaman onlar çox sakit işləyirdilər və tamamilə məxfiliyi təmin edirdilər. Məsələn, çoxları Kiprdən pul keçirdir. Bu pullara burda Rus kompaniyalarının aksiyaları alınır, sonra dərhal satıb nəğd pul götürürlər.

İkincisi, 20 milyard avroluq büdcəni bir çantada yaşıl dəhliz vasitəsilə sərhəddən keçirmək mümkündür. Mən investisiya brilyantlarını nəzərdə tuturam. Onlar hava limanında cingilti salmırlar və onları dünyanın hər yerində satmaq mümkündür.

Bu, birjası ilə, böyük tələbləri və təklifləri olan böyük bazardı. Faktiki olaraq bu sərvətin yüksək təmərküzünü verir və heç bir təyyarə sifarişinə ehtiyac qalmır.

Ərimin ətrafında qəribə insanlar dolaşır

Biz Aleksandr Şipilovun keçmiş həyat yoldaşı Fanudə Şipilovaya zəng elədik.

Fanudə deyir: – Aleksandrdan oğlum var. Lakin 2006-cı ildən bəri atası bizə baş çəkmir və alimenti də ödəmir. Əvvəl Saşa normal işçi idi. Lakin sonra hansısa qəribə kompaniya ilə əlaqəyə girdi və uzunmuddətli yoxolmalara başladı. Mənim yanıma onun borclu olduğu adamlar, kollektorlar və eyni zamanda hansısa banditlər gəlməyə başladı. Bizdə pul axtarırdılar. Sən demə, Saşa çoxlu kredit götürüb və borca giribmiş. O bu mənzilə qeydiyyatda olduğuna görə onu tez-tez burda axtarırlar. Lakin çoxdandır o bura gəlmir. Çox şükür ki, biz ayrılmışıq. Məhkəməyə görə, mənə beş milyon rubl aliment borcludur, amma ödəmir. Ola bilər ki, sadəcə, pulu yoxdur. O, evin əsas etibarnaməsini hansısa şübhəli şəxslərə verib və onlar bizim evi satiblar. Beləcə, mən çox çətinlikə yenidən iddia edib, məhkəmə yolu ilə evi geri qazandım. Mən Aleksandrı sonuncu dəfə 2006-cı ildə görəndə o, əməlli-başlı əzişdirilmişdi. Danışırdı ki, cinayətkarlar onu kiminsə evində saxlıyırmışlar. Mənə məlumat çatıb ki, Aleksandr böyük pullar üçün ya ukraynalılarla, ya da başqa biriləriylə fırıldaqçılıqla məşğuldur. Lakin mən buna inanmıram. Əminəm ki, o, heç nədə günahkar deyil, onu pis əməllərə məcbur edirlər.

"KP"nın əməliyyatı – Şeremetyevodakı 20 milyard avroluq təyyarə - əslində filmin reklamı idi.

Günlərdən birində moskvalıları bir sensasiyalı xəbər həyəcanlandırdı. Paytaxt qəzetlərinin birinin ehtimalına görə, 6 ildir Şeremetyevoda pullarla dolu hansısa təyyarə qalıb. 20 milyard avro!!! Sensasiyanı üzə çıxaran jurnalistin sözlərinə görə nə vaxtsa ABŞ İrandan neft almışdı. O qədər çox ki, amerikalılar Yaxın Şərqə nəğd pulun daşınmasında özlərini yormayıb Tehrana çap dəzgahı gətizdirib başında Federal rezerv sisteminin iki zabitini qoymaqla 6 trln. dollar çap elədilər. 1992-ci ildə amerikalılarla iranlarlın arası dəydi. ABŞ bu vərəqləri ləğv elədi. Uzun danışıqlardan sonra avropalıların da cəlb olunması sayəsində ABŞ bu dollarları avroya dəyişərək leqallaşdırmağa icazə verdilər. Bu iş Almaniyada reallaşdırıldı. Lakin alman orqanları iranlılardan 24 saat ərzində pulları ölkə ərazisindən çıxarmağı tələb etdilər.

Şeremetyevoda 20 milyard avroluq təyyarə haqqında əfsanə

Xatırladaq ki, KİV-in məlumatına görə, 20 milyard avroluq təyyarə Rusiyaya 2007-ci ilin avqustunda çatıb. İstintaqın birinci hissəsində biz qərara gəldik ki, bu, sadəcə uydurmadır.

Bəs uydurmanın yaradıcısı kimdir? Jurnalistlərdən başqa belə möhtəşəm uydurmanın yayılması kimə maraqlıdır? Biz variantlardan birini danışdıq və bəlkə də bu, hansısa bir triller kitabın və ya "kinoboevik"in dolayı reklamıdır ki, bu yaxınlarda kirayəyə çıxa və ya kitab rəflərində görünə bilər.

Bəs digər variantlar hansılardır? Bunu isə zaman göstərəcək.

Tarix
2013.10.16 / 16:40
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Загрузка...
Digər xəbərlər

Britaniya da hədələdi: “BMT reformlar keçirməsə...”

İran bu ölkələrə silah göndərir - Tillerson

Nazarbayev keçmiş baş nazirini əfv etdi

Referendum gərginliyi: İraq ordusu Kərkükə girdi

Meksika zəlzələsi təkrarlana bilər - Seysmoloq

Meksikadakı zəlzələdə ölənlərin sayı 230-a çatdı

“Xəzəryanı ölkələrdən heç biri Azərbaycan qədər…”

NATO-dan Türkiyəyə: Ərdoğan davranışları ilə də...

Rusiya açıqladı: Qaz dövrü gəlir

Ruslar kimə səs verəcəklərini açıqladılar

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla