Ana səhifə Planet |
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması haqqında qərar Milli Təhlükəsizlik Komitəsində verilib.
Milli Təhlükəsizlik Komitəsinin 2004-cu ilin avqustunda keçirdiyi yığıncaqda "Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması haqqında qərar" başlığıyla "Gülən camaatına qarşı plan hazırlanması" tövsiyə qərarı olaraq hökumətə bildirilibmiş.
2004-cü il 25 avqust tarixli MTK qərarının altında o vaxtkı prezident Əhmət Nejdət Sezər, baş nazir R.T.Ərdoğan, baş qərargah rəisi Hilmi Özkök və Xarici İşlər naziri olan Abdulla Güllə bərabər beş ayrı nazirin də imzası var.
Gülən camaatına qarşı görüləcək tədbirlər baş nazirlik "tətbiqi təqib və koordinasiya təşkilatı" çərçivəsində Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və MİT məsləhətçilərinə tapşırılıb.
Tarix
2013.11.28 / 13:00
|
Müəllif
Nilüfər Muğantürk
|