Yuxarı

Görüş: Putin Paşinyana nələr dedi? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:12

Rusiya ilə müttəfiqlik münasibətlərimiz davam edəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

“Heç kim Rusiya-Ermənistan münasibətlərinin önəmini şübhə altına qoymayıb və qoymayacaq. Biz Rusiyanın Ermənistandakı hadisələr zamanı balanslı mövqeyini yüksək dəyərləndiririk”, – deyə o bildirib.

Rusiya Prezidenti Vladimir Putin Paşinyanın hakimiyyəti dönəmində Moskva və İrəvanın münasibətlərinin dinamik inkişaf edəcəyinə ümid etdiyini deyib:

“Mən sizə uğurlar arzu etmək istəyirəm və ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi yüksək səviyyədə olacaq. Rusiya Ermənistana yaxın tərəfdaşı və regiondakı müttəfiqi kimi baxır. Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır. Ermənistana qoyulan ümumi investisiyaların 35%-i Rusiyanın payına düşür. Ermənistanın Rusiyaya kənd təsərüffatı məhsullarının tədarükü əvvəlki aylarla müqayisədə 38% artıb”.

Qeyd edək ki, tərəflər arasında ilk görüş az öncə Soçidə keçirilib.

Tarix
2018.05.14 / 14:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla