Yuxarı

Misir HƏMAS liderini Qahirəyə çağırıb danladı – Gizli görüş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza sektorunda kütləvi toqquşmaların baş verdiyi zaman ərzində HƏMAS lideri İsmayıl Haniyə Qahirədən göndərilən xüsusi vertolyotla Misirə uçub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İsrail a Yom” qəzeti yayıb. Haniyənin mayın 14-də Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəisi general Abbas Kamal tərəfindən Misirə çağırıldığını bildirilib.

Qahirəyə gələn Haniyə ilə Kamal arasında danışıqlar sərt formada keçib. Əvvəlcə HƏMAS liderini onunla görüşü gözləməyə məcbur edən Kamal daha sonra onun üzərinə qışqırıb. Bundan sonra o, sərt formada Qəzza sektorundakı etirazların dərhal dayandırılmasını tələb edib.

Misir kəşfiyyatının rəhbəri Haniyəyə etirazların dayanmayacağı təqdirdə İsrailin HƏMAS liderlərinin məhvinə başlayacağını və Qahirənin buna heç bir reaksiya verməyəcəyini deyib.

Qəzet Abbas Kamalın olaya yalnız İsraillə danışıqlardan sonra müdaxilə etdiyini bildirib. Belə ki, İsrail tərəfi danışıqlar zamanı HƏMAS-a güzəştə getməyəcəyini deyib. İtkilərin çoxalması və daha sonra bölgədə anarxiyanın yaranaraq, bunun Misir ərazisinə keçməsindən qorxan Misir kəşfiyyatının rəhbəri Haniyəni Qahirəyə çağırıb.

Tarix
2018.05.16 / 14:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla