Yuxarı

İrəvan qaynayır: Meriya tutuldu, küçələr bağlandı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:42

Onlarla etirazçı İrəvan meriyasının binasına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” yayıb. Binaya daxil olan etirazçılar mer Taron Markaryanın istefasını tələb ediblər. Meriyaya daxil olan etirazçılara aktivist Vaçe Qəribyan rəhbərlik edib.

Meriya ilə bərabər, İrəvanda bir sıra əsas küçələr də etirazçılar tərəfindən bağlanıb. Küçələri bağlayan etirazçılar Sasna Çrer qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyiblər.

Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulub. Onlar həbsdə olan qrup üzvlərinin azadlığa çıxmayacağı təqdirdə 16:00-dan etibarən etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıblar.

Qeyd edək ki, bu gün İrəvanda Sasna Çrer işi üzrə məhkəmə iclası keçirilir.

***

İrəvanda etirazçılar mer Taron Markaryanın kabinetinə daxil olmağa cəhd ediblər.

Etirazçıların bu arzusunu gerçəkləşdirməyə polis imkan verməyib. Meriyanın üç mərtəbəsi etirazçılar tərəfindən tutulub. Polis üçüncü mərtəbədə yerləşən merin kabineti qarşısında mühafizəni təşkil edib.

***

İrəvan meriyasının binası tam mühasirəyə alınıb. Mühasirəyə qoşulanların sayı artır. Binanın ətrafına toplaşan polis meriya binasına əlavə heç kimin girməsinə izn vermir.

Artıq bina ətrafına mer Taron Markaryanın da tərəfdarları toplaşır.

***

İrəvan məhkəməsi Sasna Çrer qruplaşmasının həbsdə olan üzvlərini azadlığa buraxmaqdan imtina edib.

Hakimin qərarından sonra qruplaşma üzvləri fit çalmağa və məhkəmə zalını tərk etməyə başlayıblar.

Qərardan sonra qruplaşma tərəfdarları İrəvan küçələrində aktivləşiblər. Onlar əhalini Baş Prokurorluq və Kassasiya Məhkəməsinin binalarını mühasirəyə almağa səsləyiblər.

Tarix
2018.05.16 / 18:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla