Yuxarı

Britaniya ABŞ-ın qərarını tanımadı – Qüdsə dəstək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

London ABŞ səfirliyinin köçürülməsi qərarını tanımır.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson Fələstin lideri Mahmud Abbasla telefon danışığı zamanı deyib.

Britaniyanın baş diplomatı Qəzzada öldürülən fələstinlilərin ailələrinə başsağlığı verib və Londonun Yaxın Şərqdə sülhün təmin edilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Fələstin lideri Mahmud Abbas da öz növbəsində Britaniyanın mövqeyinə görə Consona təşəkkür edib, Fələstinin sülh prosesi naminə beynəlxalq hüquqa uyğun şəkildə çıxış etdiyini bildirib. O, sülh üçün beynəlxalq mexanizm yaradılmasının zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Təl-Əvivdəki səfirliyini Qüdsə köçürüb. Qəzza zolağında səfirliyin köçürülməsinə qarşı kütləvi etirazlar zamanı 2700-dən çox insan yaralanıb, 61 nəfər həlak olub.

Tarix
2018.05.17 / 15:20
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla