Yuxarı

İran mediasından sensasiya: Səudiyyə vəliəhdi öldürülüb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran mediasından sensasiya: Səudiyyə vəliəhdi öldürülüb?

İran mediası Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın çevrilişə cəhd günü öldürüldüyü iddiasını yayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İranın "Keyhan" qəzeti yayıb. Ərəb kəşfiyyat xidmətinə istinadən yayılan məlumatda şahzadənin saraya hücum zamanı öldürülmə ehtimalının olduğu bildirilib.

"Keyhan" bu şübhənin vəliəhdin 27 gündür heç bir yerdə görünməməsi, tədbirlərə qatılmaması ilə artıdığını vurğulayıb.

Ancaq bir neçə gün öncə vəlihədin paytaxt Ər-Riyadda təşkil olunan konfransa qatıldığı barədə məlumat yayılmışdı. Hətta 14 mayda olduğu iddia edilən görüşdə vəliəhdin Qəzza qətliamına baxmayaraq, ürəkdən güldüyünü əks etdirən fotosu tənqid edilmişdi.

Qeyd edək ki, aprelin 22-də Ər-Riyadda Kral Sarayı yaxınlığında atışma və qiyama cəhd olduğu barədə xəbər yayılsa da, daha sonra sarayın ərazisində dron uçurdulduğu və onun məhv edilməsi üçün silahlardan istifadə edildiyi bildirilmişdi.

Tarix
2018.05.18 / 02:20
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla