Yuxarı

Dəhşətli qəzada 108 nəfər öldü: ölkədə matəm elan edildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.05.18. 21:35

Kubanın Havana limanından havaya qalxan “Cubana de Aviacion” şirkətinə məxsus Boyinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə “Telemundo” agentliyi məlumat yayıb.

Bildirilib ki, Havanadan Olqin şəhərinə gedən təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Təyyarənin göyərtəsində 100-dən artıq sərnişinin olduğu deyilir.

***

Kuba Dövlət Şurasının lideri Miqel Dias Kanel təyyarə qəzasının baş verdiyi əraziyə gəlib.

Bildirilib ki, təyyarənin göyərtəsində 104 sərnişin olub. Onların taleyi barədə heç bir məlumat yoxdur.

Təyyarənin qəzaya uğradığı ərazidə tüstü qatı yüksəlir.

***

"Radio Rebelde"nin məlumatına görə, təyyarədə ekipajdan əlavə 107 sərnişin olub və onlar hamısı həlak olublar.

***

Qəzaya uğrayan təyyarənin göyərtəsindəki sərnişinlərin dəqiq sayı bilinmir, onların 104-107 nəfər arasında olduğu (ekipaj istisna olmaqla) qeyd edilir.

Dəhşətli qəzadan 4 nəfər sağ tapılıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yaralılardan biri dünyasını dəyişib.

Digər üçünün vəziyyətinin kritik olduğu bildirilir.

***

Qəza şahidlərindən biri "Granma"ya açıqlamasında təyyarənin aeroporta qayıtmaq üçün geri dönərkən elektrik naqillərinə çırpıldığını bildirib.

09:16

Boinq”in göyərtəsində ekipaj da daxil olmaqla, 110 nəfər olub. Sağ qalan 4 nəfərdən biri xəstəxanaya aparılarkən, biri isə xəstəxanada vəfat edib.

Hazırda xəstəxanaya yerləşdirilən 2 qadının vəziyyətinin ağır olduğu bildirilir.

Təyyarənin "qara quru"su hələ tapılmayıb.

Kuba Dövlət Şurası təyyarə qəzası ilə bağlı 19 maydan başlayaraq, ikigünlük matəm elan edib.

Tarix
2018.05.19 / 09:16
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla