Yuxarı

Tramp Fələstin dövlətinin sərhədlərini cızdı – Şok plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildəki səfirliyini Qüdsə köçürərək dünyada böyük bir xaosun təməlini qoyan ABŞ Prezidenti Donald Tramp paytaxtı Əbu Dis şəhəri olan Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan “sülh” planını Ramazan ayından sonra açıqlayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Asoşeyted Press” 5 amerikalı diplomata istinadən informasiya yayıb.

Diplomatların sözlərinə görə, Cared Kuşner və Ceyson Qrinblattın hazırladığı sülh planının mətni artıq tam şəkildə hazırlanıb. Sözügedən sənədin yekun akt kimi qiymətləndirilmədiyini vurğulayan ABŞ diplomatları bəyanatın səsləndirilməsinin ardından 3 Körfəz ölkəsi rəsmilərinin, Misir lideri Əbdülfəttah Sisinin, Fələstin və İsrailin birlikdə müzakirələrə başlaya biləcəyinə işarə edib.

İsrailin “Yerusalim Post” qəzeti Körfəz ölkələrini təmsil edənlər arasında Səudiyyə və BƏƏ vəliəhdlərinin olacağını qeyd edib.

MOSSAD-a yaxınlığı ilə tanınan “Debka” xəbər saytı Trampın xaos planının detallarını açıqlayıb. Plana əsasən, qurulacaq Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdəki Əbu Dis olacaq. Plana uyğun olaraq, Qüdsün ərəblər yaşayan məhəllələri Fələstinə tabe olsa da, Əqsa məscidinin yerləşdiyi “Əski şəhər”ə nəzarət tamamilə İsraildə olacaq.

Planın detallarını təqdim edirik:

- Qurulacaq Fələstin dövləti Qərbi Şəriyənin yarısı ilə Qəzzadan ibarət olacaq;

- İsrail Qərbi Şəriyə və sərhədlərinin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürəcək;

- Şərqi Qüdsün ərəb məhəllələri Fələstinin nəzarətində, Məscidi Əqsa yerləşən “Əski şəhər” İsrailin tabeliyində olacaq;

- Fələstinin paytaxtı Əbu Dis olacaq;

- Fələstindəki məscidlərin idarəsini İordaniya öz üzərinə götürəcək;

- Qəzza zolağı HƏMAS-ın silahı yerə qoyacağı təqdirdə Fələstin dövlətinə daxil ediləcək;

- Fələstinli qaçqınlara geri dönmək haqqı verilməyəcək, ancaq təzminat almaq üçün beynəlxalq mexanizm yaradılacaq;

- İsrail bütün dünyadakı yəhudilərin dövləti olaraq tanınacaq.

Tarix
2018.05.21 / 10:29
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla