Yuxarı

Moskva ayağa qalxıb və dünyanın yarısını tələb edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Qərbə qarşı nüvə şantajını oğurladıqlarını elə həmin Qərbdə legitimləşdirmək cəhdləri ilə birləşdirir. Bu isə anlaşılması mümkün olmayan ziddiyyətdir.

Axar.az xəbər verir ki, bunu “Ruskiy monitor” saytına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Putin rejiminin iki əsas ideologemi həlledilməz ziddiyyət içərisindədir. Oğurlanan pulların Qərbdə yuyulması astronomik miqyasdadır və bu proses davam edir. Hakimiyyət Rusiyanın yenidən ayağa qalxdığını deyir, Moskva ilə ikinci Yalta imzalanması, dünyanın yarısının və ya ən azından postsovet məkanının Moskvaya verilməsini tələb edir”, – deyə o bildirib.

O, həmçinin, Rusiyadakı hökumət dəyişikliyinə də münasibət bildirib. O, son təyinatlar sırasında ən bərbadının Rusiya Kənd Təsərüffatı naziri vəzifəsinə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu Dmitrinin gətirilməsi olduğunu deyib:

“Hakimiyyətdə qohumbazlığın belə aşkar nümayişi böyük Patruşevin Putinə çox yaxınlığının göstəricisidir. Böyük Patruşev Putinin digər ətrafı fonunda dəhşətli cahildir. O, əsl nüvə manyakıdır. Bu adam hətta ictimai şəkildə Rusiyanın lokal konfliktlər zamanı nüvə silahından istifadəsinə israr edən şəxsdir. Bu, həm də o deməkdir ki, onun bütün dünyaya qarşı nüvə şantajı əilə dayanmaq barədə axmaq fikirləri həm də Putinə yaxındır”.

Onun sözlərinə görə, Rusiyanın dünyanın yenidən bölünməsi tələblərini hakim təbəqənin oğurladıqlarını Qərbdə legitimləşdirmək hədəfləriylə birləşdirmək mümkün deyil:

“Kreml üçün ilk çox ciddi zəng 6 apreldə oldu. O zaman Putinin yaxın ətrafına toxunmayan 4 illik fərqli Qərb sanksiyalarından sonra ilk dəfə Kremlə yaxın 24 şəxsin aktivləri donduruldu. Bunlardan beşi Putinin yaxın ətrafı oldu - Putinin kürəkəni Mixail Şelomov, mühafizəçisi Viktor Zolotov və digərləri. Az adam bu siyahıya neft oliqarxlarından yalnız Vladimir Boqdanovun daxil edilməsinə diqqət etdi. ABŞ maliyyə kəşfiyyatı Boqdanovun “Surqutneft”in səhmlərinin əsas sahibi olduğunu bilir. Daha dəqiq desək, bu aksiyalar şəxsən Putinə məxsusdur”.

Tarix
2018.05.21 / 11:59
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla