Yuxarı

Tiflisdən düşməni sevindirəcək addım: Dəhliz açılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizlərinin açılması ilə bağlı proses başlatmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzenin bəyanatında yer alıb. O, 24 mayda Praqada Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasinlə görüşündə bu prosesi özündə ehtiva edən gömrük idarəetməsi mexanizmləri və malların monitorinqi razılaşmasının növbəti mərhələsinin həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edəcəklərini bildirib.

Qeyd edək ki, bu razılaşma Mixail Saakaşvilinin hakimiyyəti dönəmində əldə edilib. Razılaşma sayəsində Tiflis Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qoyduğu vetonu götürüb, Abxaziya və Cənubi Osetiyadan ticarət dəhlizlərinə keçidinə izn verib. Bu razılaşma Ermənistanın da müəyyən mənada blokadadan çıxmasını asanlaşdırır.

Tarix
2018.05.21 / 16:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla