Yuxarı

ABŞ nəhayət İran strategiyasını açıqladı - 12 şərt irəli sürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra İran strategiyasını açıqlayıb.

Axar.az xəbər verir ki, Pompeo Tehranla yeni razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürüb:

1. İran rejiminə qarşı bənzəri olmayan maliyyə təzyiqi göstərəcəyik. Tehrandakı liderlərin bizim ciddiliyimizdən ən xırda belə şübhələri olmasın.

2. İran rejimi özü və xalqı üçün seçdiyi qəbuledilməz yoldan çıxıb siyasətini dəyişməsə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar altında çəkdiyi iztirab çox acı nəticələr verəcək.

3. ABŞ İranla bağlı sanksiyalarını inkişaf etdirir və bu başa çatanda tarixdəki ən güclü sanksiyalar olacaq.

4. ABŞ-ın sanksiyaları bütün qüvvəsi ilə təsdiqlənəndə İran iqtisadiyyatını dirçəltmək üçün ölüm-dirim mübarizəsi aparacaq.

5. İranın hər cür hücumunun qarşısını almaq üçün ABŞ Dövlət Katibliyi Pentaqon və regional müttəfiqlərlə yaxın əməkdaşlıq quracaq.

6. ABŞ-ın İran siyasətini izah etmək üçün dünya miqyasında bütün ölkələrə nümayəndə heyəti göndərəcəyik.

7. Yaxın Şərqə hökm etmək üçün bir daha İranın əlinə fürsət keçməyəcək.

8. İran bütün qüvvələrini Suriyadan geri çəkməlidir.

9. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadası Avropada gizli sui-qəsd əməliyyatları aparır.

10. ABŞ ilə müttəfiqləri İranın əməliyyat qrupları və onların Hizbullahdan olan müttəfiqlərinin dünya miqyasında izinə düşəcək və onları əzib çökdürəcək.

11. ABŞ 2015-ci il tarixli nüvə sazişini yenidən müzakirə etməyəcək, yeni müqaviləni müzakirə edəcək.

12. İran vətəndaşlarına qarşı münasibətini düzəltməli, milli sərvətini xarici əməliyyatlara sərf etməməlidir.

Sonda qeyd edilir ki, İran böyük dəyişikliklərə gedərsə, ABŞ bütün sanksiyaları ləğv edib, diplomatik və ticarət əlaqələrini tam mənada yenidən təsis edəcək.

Tarix
2018.05.21 / 19:27
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla