Yuxarı

MİT və Ordu Dəmirəli bir gecədə necə devirdi? - Cümə lənəti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süleyman Dəmirəlin xanımı Nəzmiyyə Dəmirəlin casusluq fəaliyyətilə məşğul olduğu üzə çıxıb.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Nəzmiyyə Dəmirəl Süleyman Dəmirəlin təşəbbüsü ilə casus kimi işə cəlb edilib, lakin ilk fəaliyyəti uğursuz olub.

Türkiyənin siyasi tarixinə öz möhürünü vuran Süleyman Dəmirəl cümə gününü heç sevmirmiş. Çünki ordu tarixən cümə günü çevrilişlər həyata keçirib.

11 mart 1971-ci ildə Baş nazir Dəmirəl Nazirlər Kabinetinin inzibati binasındakı otağında özünü yaxşı hiss etmir. Dəmirəl ölkədə tələbə etirazlarının davam etməsi, iqtisadi islahatların istədiyi kimi getməməsi, ordu daxilindəki problemlər haqda düşünür, MİT-in sanki proseslərdən kənarda dayanması, MİT rəhbəri Fuad Doğunun real durumla bağlı baş nazirə informasiya verməməsindən narahatlıq keçirir.

Dəmirəl qanı qara halda nahardan əvvəl evinə yollanır. Evində həm bəzi hesabatlara diqqət edəcək, həm də MİT rəhbəri Fuad Doğu ilə söhbət edəcəkdi.

Evinə daxil olan S.Dəmirəli xanımı Nəzmiyyə Dəmirəl çox gülərüzlə qarşılayır. Dəmirəl birinci mərtəbədəki kabinetinə çəkilərək işləməyə üstünlük verir. Az sonra Nəzmiyyə onun otağına daxil olur. Əlini işdən saxlayan Dəmirəl xanımına bir qədər narahat olduğunu deyir.

“Nəzmiyyə xanım, ordu daxilində bir şeylər baş verir, ancaq biz bu haqda məlumat əldə edə bilmirik. Fuad Doğu da bizə lazımsız məlumatlar verir. Tağmaç Paşanın xanımı komandan xanımlarına qonaqlıq verir. Havadan iyi duymaq üçün sən bu yemək ziyafətinə qatılsan, yaxşı olar. Bax gör, qonaqlıda ilginc bir şeylər öyrənə bilirsənmi?” - deyə Süleyman Dəmrəl xanımı Nəzmiyyə Dəmirələ əməkdaşlıq təklif edir.

Nəzmiyyə xanım ərinin bu təklifini dərhal qəbul edərək, Baş Qərargaha zəng edir və yemək süfrəsində iştirak edəcəyini bildirir.

Dəmirəl xanımının ziyafətdən qayıtmasını gözləyərkən vacib hesab etdiyi bir neçə sənədi gözdən keçirir. 3-4 saatdan sonra Nəzmiyyə xanım ziyafətdən qayıdır. Nəzmiyyə xanım Süleyman Dəmirələ bildirir ki, hər şey qaydasındadır və vəziyyət stabildir. Süleyman Dəmirəl bir az rahatlasa da, məntiqi ona deyir ki, vəziyyəti araşdırmaqda davam etsin.

Nahardan sonra da rəsmi iş yerinə getməyən S.Dəmirəl gecəni evində işləyərək başa vurur, bəzi nazirlərinə həyata keçirilən proyektlərlə bağlı məsləhətini verir.

Səhər bir qədər gec oyanan Dəmirəl ənənəyə əsasən avtomobilinə əyləşərək cümə namazı üçün Maltəpə məscidinə getməyə hazırlaşır. Lakin saat 11.00-da MİT rəhbəri Fuad Doğudan zəng gəlir. Fuad Doğu tabe olduğu baş nazir Dəmirəlin halını belə soruşmadan mövzu haqqında danışır, bildirir ki, Prezident Cevdət Sunay onun istefasını gözləyir. Dəmirəl dərhal anlayır ki, prezident baş naziri dəvət edib onun istefa ərizəsini almağı arzulamır. Bu məqsədlə MİT rəhbərini vasitəçi tutub. Dəmirəl MİT rəhbərinə deyir ki, məsələni nazirlər və dostları ilə müzakirə edəcək.

Fuad Doğu isə baş nazirə bildirir ki, generalların hazırladığı müraciət TRT-dən oxunacaq.

İstefa verməmək məsələsində Süleyman Dəmirəl dirənmir. TRT saat 13:00-da Türkiyə Ordusunun müraciətini oxuyur. Ordu bəyan edir ki, hakimiyyətə əl qoyaraq qardaş qırğınının qarşısını alıb.

Yeni hökuməti qurmaq vəzifəsi isə CHP-dən istefa edərək müstəqil deputat olan Nihat Erimə verilir.

Tarix
2018.05.21 / 22:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla