Yuxarı

Putin İsrailə qarşı bu raketləri yerləşdirir – Şok detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 9-da İsrailin Suriyada İrana aid hərbi obyektləri vurmasına, 23 Suriya və İran əsgərinin ölümünə səssiz qalan Rusiyadan əks-həmlə gəldi.

Publika.az xəbər verir ki, İsrailin kəşfiyyat təşkilatı MOSSAD-a yaxınlığı ilə tanınan DEBKA saytının iddiasına görə, Rusiya prezidenti Vladimir Putinin mayın 16-da Soçidə Baş qərargahın rəhbərliyinə verdiyi iki əhəmiyyətli təlimat həyata keçirilməyə başlanılıb.

Putinin təlimatına əsasən, Livan, Suriya və İsrail sahillərində “Kalibr” qanadlı raketlərinin yerləşdirilməsinə başlanılıb. Digər tərəfdən, yüksək kalibrli və hər biri 500 kiloqram partlayıcı gücünə malik “Golan-1000” raket sistemləri Dəməşqin cənubuna yerləşdirilib.

Hava hücumundan müdafiə gücünə sahib raketlərin İsrailin şimalında yerləşən ən kritik müdafiə mövqeyi olan Qolan təpələrindəki bütün müdafiə xəttini tamamilə yox edə biləcək gücdədir. Bununla da İsrailin Suriyanın cənubunda hava hücumları təşkil etmək imkanı ciddi şəkildə məhdudlaşdırılmış olub.

Digər bir xəbərə görə, Suriyada hökumət qüvvələri İŞİD terror təşkilatı ilə əldə etdiyi razılaşma nəticəsində paytaxt Dəməşq və ətrafına nəzarəti tamamilə ələ keçirib. Son olaraq, İŞİD Dəməşqin cənubundakı Yərmuk düşərgəsindən çıxıb. Bununla da Bəşər Əsəd rejimi 7 illik vətəndaş müharibəsinin başlanmasından bu yana ilk dəfə Dəməşqə nəzarəti tamamilə təmin etmiş olub.

Aprel ayının sonunda rejimlə razılaşmaya əsasən, Azad Suriya Ordusu və “Heyet Tahrir Şam” bölgədən çıxmışdı.

Tarix
2018.05.22 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla