Yuxarı

ABŞ qırıcılarının yarısını Su-57-lər məhv edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu dördüncü nəsil F-15 qırıcıları ilə daha modern və üstün olan beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi Su-57 arasında yarana biləcək döyüşdə şansları bərabərləşdirmək üçün var gücü ilə çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” yazıb.

Artıq köhnələn F-15-lər uzun illər boyu havada hakimiyyəti əlində saxlayan ən yaxşı döyüş təyyarələridir. Üstəlik bu təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin əlindəki təyyarə parkının demək olar ki, yarısını təşkil edir. Yəqin ki, buna görə də ABŞ mütəxəssisləri Rusiya ilə müharibənin başlayacağı halda F-15-lərin çətin rəqib sayılan Su-57 ilə qarşılaşmasını ehtimal edir.

Xüsusən yeni mühərriklə təmin olunduqdan sonra Su-57 təyyarələri sürət, manevr qabiliyyəti, radarlar üçün təyyarəni görünməz edən stels texnologiyası və elektron döyüş aparmaq qabiliyyətindən ibarət çoxtəsirli kombinasiyaya görə bütün dördüncü nəsil döyüş təyyarələri üçün böyük bir təhdid əmələ gətirir.

Bu zaman isə ABŞ qırıcıları düşməni uzaq məsafədən aşkar etmək və görünməzlik funksiyasını ləğv etmək üçün müxtəlif təyyarələrdə quraşdırılmış cihazlardan informasiya mübadiləsini həyata keçirə bilər. Bunun üçün isə “Lokid Martin” şirkəti F-15-lər üçün “Legion Pod” adlı sistemin inkişaf etdirilməsinə başlayıb.

“Əgər Su-57 uzaqdan məhv edilməsə, ilk qarşılıqlı vuruşların ardından F-15 hərəkətli rus qırıcılarına qarşı qarşıdurmada daha əlverişsiz vəziyyətə düşəcək”, - yazıda qeyd olunub.

Tarix
2018.05.22 / 15:38
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla