Yuxarı

İki dünya nəhəngi arasında gərginlik: ABŞ və Çin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hökuməti Cənubi-Çin dənizində yerləşən mübahisəli Spratli adalarındakı hərbi müdafiə sistemlərini ləğv etməli və bu regionun hərbiləşdirilməsinə yol verməməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Kristofer Loqan deyib.

“Çinin Spratli adalarında gəmi əleyhinə raketləri, zenit-raket komplekslərini və elektronik səsboğucuları yerləşdirməsi ilə bağlı əlimizdə konkret faktlar var. Çin tərəfi bildirir ki, adalarda tikinti işləri dənizdə təhlükəsizliyi, naviqasiya yardımını, axtarış-xilaetmə fəaliyyətini, balıqçılıq təsərrüfatnın qorunmasını təmin etmək üçündür. Ancaq sözügedən texnikaların adalarda yerləşdirilməsi yalnız hərbi məqsədlər güdür”, - deyə Pentaqon rəsmisi bildirib.

O, eyni zamanda, vurğulayıb ki, Çin bombardmançılarının Vudi adasına gəlməsi durumu daha da gərginləşdirib.

Qeyd edək ki, Spratli adaları uzun illərdir ki, ABŞ-la Çin arasında mübahisə mövzusudur.

Tarix
2018.05.24 / 08:15
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla